Browsing daily archive

Fevral 18, 2021

Mingəçevir Dövlət Universitetinin “Peşəkarla görüş” layihəsinin növbəti qonağı Ceyhun Məmmədov olub

2021-ci ilin 18 fevral tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “Peşəkarla görüş” layihəsi çərçivəsində növbəti tədbir keçirilib. “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil edilən görüşün qonağı Azərbaycan Respublikası Milli Məclisinin deputatı, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov olub. “Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycan ali təhsil müəssisələrinin rolu” mövzusunda keçirilən görüşün moderatoru olan MDU-nun rektoru Şahin Bayramov, ilk növbədə, dəvəti […]

Azərbaycan və Avropa İttifaqının tərəfdaşlığını əks etdirən yeni platforma: eu4azerbaijan.eu

Bu gündən etibarən Azərbaycan və Avropa İttifaqının  tərəfdaşlığını əks etdirən  https://eu4azerbaijan.eu adlı yeni platformadan istifadə edə bilirik. Bu veb sayt Aİ-nin Hökumətə birbaşa maliyyə dəstəyi, texniki yardım layihələri, vətəndaş cəmiyyətinə qrantlar və ya Erasmus + kimi Aİ proqramlarına giriş, Azərbaycanda həyata keçirilən 131 Aİ layihəsi barədə ətraflı məlumat təqdim edir. Veb saytda ölkə boyu Aİ-nın […]

Torpaqlarımıza göz dikənlərin başında dəmir yumruq olacaq

Bu ilki gənclər gününü əvvəlki illərdən fərqli hisslərlə kecirdik. Çünki bu il bu günü qalib bir dövlətin, öz əbədi-əzəli torpaqlarını azad etmiş bir millətin, ərazi bütövlüyünü təmin eymiş bir dövlətin qürurlu gəncləri və vətəndaşları olaraq qeyd etdik.Məlum olduğu kimi 2020- ci il 27 sentyabrdan 10 noyabra qədər 44 günlük Vətən müharibəsi dediyimiz II Qarabağ müharibəsi […]

İkinci Qarabağ Müharibəsi müstəqillik, yenilməzlik, qəhrəmanlıq simvoludur

Azərbaycan əraziləri 30 ilə yaxın işğal altında idi. 1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti torpaqlarımızın işğal altına düşməsinə səbəb olmuşdu. Ermənistanın təcavüzkar siyasəti hələ 1980-ci illərin sonlarından başlamışdı. O vaxt indiki Ermənistan Respublikasında yaşamış 100 minlərlə azərbaycanlı öz dədə-baba, tarixi torpaqlarından (Zəngəzur, Göyçə, İrəvan mahalı) didərgin salındı. Uzun illər ərzində bütün beynəlxalq tədbirlərdə […]

44 günlük Vətən Müharibəsi: gənclər üçün dərslər

Vətəni sevmək, daha da qüdrətli etmək xalqımızın ən yüksək dəyərlərindən biridir. Ulu el ağsaqqalı Dədə Qorqudun kəlamları biz Azərbaycan türklərinin əxlaqi xüsusiyyətlərini özündə əks etdirir: “Torpağı qorumursansa əkib-becərməyə dəyməz, əkib-becərmirsənsə qorumağa dəyməz.” Müstəqilliyimizin ilk illərində, I Qarabağ müharibəsində Azərbaycan oğulları Vətənin torpaqları uğrunda ölüm-dirim mübarizəsinə qalxdılar. Şəhid oldular, qazi oldular. Güclü dövlət və ağıllı rəhbərliyin […]

Xalqımız 30 il həsrətində olduğu torpaqlara, hər bir şəhərə, qəsəbəyə, kəndə qayıtdı

Sentyabrın 27-dən başlayan Vətən müharibəsi uzun dövlətçilik hərb tarixi olan Azərbaycan xalqı üçün fərqli oldu. 30 ilə yaxındır düşmən tapdağında olan torpaqları azad etmək hər bir azərbaycanlının ən vacib arzusu və diləyi idi. Elə bir məclis, tədbir, hətta yas, toy göstərmək mümkün deyil ki, orada torpaqlarımızın işğaldan azad edilməsi istəyi dəfələrlə qeyd edilməsin. Çox sevindirici […]

Prezident İlham Əliyev : “Azad edilmiş torpaqlarda bütün bərpa işləri ən yüksək səviyyədə təşkil olunacaq”

Bildiyimiz kimi fevralın 14-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfər ediblər. 30 ildən sonra azad edilmiş torpqalarımıza  səfərləri zamanı dövlətimizin başçısı  düşmənin darmadağın etdiyi ərzilərimizdə həyata keçiriləcək quruculuq və əsaslı tikinti işlərindən  bəhs edərək  məcburi köçkün kimi yurdumuzun müxtəlif yerlərində məskunlaşan soydaşlarımızın  doğma ata yurdlarına qayıtması […]

Tural Kərimov: “Ordumuzun peşəkar və yüksək səviyyədə döyüş hazırlığı və qələbəyə olan inamı Bizi Zəfərə apardı”

-44 günlük Zəfər yürüşümüzdə gənclərimizin rolunu necə qiymətləndirirsiniz? –  Sizin də bildiyiniz kimi Ümummilli Lideri Heydər Əliyevin əsasını qoyduğu azərbaycançılıq ideologiyasının mühüm prinsiplərindən biri məhz gənclərimizin vətənpərvərlik ruhunda yetişdirilməsidir. Bütün sahələrdə Ulu Öndərin yolunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev gənclərin azərbaycançılıq ideologiyasına sadiq olması, milli maraqlar ətrafında sıx birləşməsi, vətənpərvərlik hislərinin yüksəldilməsi […]

Mingəçevirdə avtomobil yanıb

Ağdaş sakininə məxsus “Opel” markalı maşın yanıb.  APA-nın yerli bürosunun verdiyi xəbərə görə, hadisə Mingəçevir Xəstəxanasının həyətində qeydə alınıb. Hadisə yerinə gələn yanğınsöndürənlər yanğının qarşısını alıb.

Əsas iqtisadi və sosial göstəricilər

Sənaye müəssisələri tərəfindən 2020-ci ilin yanvar-dekabr aylarında faktiki qiymətlərlə 294311,9 min manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,6 faiz az sənaye məhsulu istehsal edilmişdir. Sənaye məhsulunun 8,7 faizi emal sektorunda, 89,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 1,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda […]