Mingəçevir Dövlət Universitetinin əməkdaşları şəhid məzunların ailələrini ziyarət ediblər
2021-ci il 15 fevral tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup əməkdaşı Vətən müharibəsində şəhid olan universitetin mingəçevirli şəhid məzunları Əzəmi Hüseynov və Kənan Abdullayevin ailələrini ziyarət ediblər. Ailə üzvləri ilə görüşlərdə MDU-nun rektoru Şahin Bayramovun salamlarını çatdıran “Humanitar fənlər” kafedrasının müdiri Esmira Cəfərova şəhid məzunlarımızın Vətən müharibəsi zamanı göstərdikləri şücaətlər, onların şərəfli həyat yolları […]