Browsing daily archive

Fevral 5, 2021

Mingəçevir sakini dəm qazından zəhərlənib

Mingəçevirdə dəm qazından zəhərlənmə hadisəsi qeydə alınıb.  APA-nın yerli bürosunun məlumatına görə, hadisə bağlar yaşayış massivində baş verib. 1952-ci il təvəllüdlü Vəliyev Nəriman Hacımməd oğlu yaşadığı fərdi təsərrüfatda dəm qazından zəhərlənib. Zəhərlənən şəxs xəstəxanaya yerləşdirilib.

COVID-19 əleyhinə vaksinasiya üçün onlayn növbəyə necə yazılmaq olar?

COVİD-19 xəstəliyi əleyhinə peyvənd olunmaq üçün elektron xidmətdən istifadə etməklə onlayn növbəyə yazıla bilərsiniz. Bunun üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin its.gov,az veb səhifəsinə girib, menyunun  vətəndaşlar üçün bölümündən E-xidmətləri seçirsiniz. Və ardınca  COVID-19 əleyhinə vaksinasiya üçün onlayn növbə hissəsini tıklayırsınız. Oxucularımıza asan olması üçün biz bu prosesi bir qədər sadələşdirməyə çalışmışıq. Ən rahat […]

Azərbaycanda 3 ərazi Qlobal Əhəmiyyətli Aqrar İrs Sistemi kimi qeydiyyata salınacaq

Azərbaycanın Şimal-Qərb bölgəsində 3 ərazi Qlobal Əhəmiyyətli Aqrar İrs Sistemi (GIAHS) kimi qeydə alınacaq. Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) həyata keçirdiyi “Azərbaycanın Şimal-Qərb bölgəsində dayanıqlı və inklüziv yerli kənd təsərrüfatı və qida sistemlərinin inkişaf etdirilməsi” Layihəsi çərçivəsində bölgədə GIAHS tələblərinə cavab verən məntəqələr seçiləcək. Qlobal Əhəmiyyətli Kənd Təsərrüfatı […]

Mingəçevir Dövlət Universitetində növbəti “Açıq qapı” günü keçirilib

2021-ci ilin 4 fevral tarixində Mingəçevir Dövlət Universitetində (MDU) 2020/2021-ci tədris ilinin  imtahan sessiyası çərçivəsində dördüncü “Açıq qapı” günü keçirilib. “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil olunan “Açıq qapı” günündə MDU-nun rektoru Şahin Bayramov universitetin tələbə və magistrantları ilə görüşüb. Pandemiya şəraitində təhsilalanlarla çevik kommunikasiyanın əhəmiyyətindən danışan rektor MDU-da onlayn “Açıq qapı” günlərinin keçirilməsinin […]