Browsing monthly archive

Yanvar 2021

Mingəçevir Dövlət Universitetində online imtahan sessiyası ilə əlaqədar təlimlər keçirilib

2021-ci ilin 9 yanvar tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “Microsoft Teams” proqramından istifadə qaydaları ilə bağlı növbəti təlimlər keçirilib. Online formatda keçirilən təlimlərin əsas məqsədi 2020/2021-ci tədris ilinin payız semestrinin imtahan sessiyası öncəsi universitet əməkdaşları, magistrantlar və tələbələrin “Microsoft Teams” proqramından istifadə bacarıqlarını inkişaf etdirmək və onların imtahan prosesində fəal iştirakını təmin etmək olub. Ümumilikdə […]

Mingəçevir Dövlət Universiteti payız imtahan sessiyasına tam hazırdır

Mingəçevir Dövlət Universitetində (MDU) 2020/2021-ci tədris ilinin payız semestrinin imtahan sessiyasına hazırlıqla bağlı bütün işlər vaxtında başa çatdırılıb. İmtahan sessiyası Azərbaycan Respublikasının Təhsil nazirinin “2020/2021-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının təşkili və keçirilməsi barədə” 11 dekabr 2020-ci il tarixli müvafiq əmrinin tələbləri əsasında təşkil ediləcəkdir. Qeyd olunan sənəd əsasında MDU üzrə verilmiş 14 dekabr […]

Prezident İlham Əliyev : “Vahid Azərbaycan Dövləti bundan sonra uğurla və inamla inkişaf edəcəkdir. ”

Müstəqillik qazandıqdan sonra ilk vaxtlar böhranlı illər olsa da zamanla problemlər həllini tapmağa başladı. Azərbaycan iqtisadi inkişaf yoluna qədəm qoyduqdan sonra dünya ölkələri ilə əməkdaşlıqlar etməklə  öz nüfuzunu daha da artırdı.  İllər boyu başlıca problemimiz olan işğal olunmuş torpaqlarımızın geri qaytarılmaması. Yəni Azərbaycanın ərazi bütövlüyünün təmin olunmaması çox böyük narahatlıqlar yaradırdı. 2020-ci ildə ölkəmiz ən […]

Vətəndaşların həyat şəraitinin yaxşılaşması daim diqqət mərkəzindədir

Ötən il koronavirus pandemiyasının təhlükəsinin qarşısını almaq məqsədi ilə ölkəmizdə dövlətimizin başçısı İlham Əliyevin tapşırığına əsasən karantinin təyin edilməsi insanların sağlamlığının qorunması məqsədli idi. İl ərzində müxtəlif bölgələrdə sərt karantin rejiminin tətbirq edilməsi, bir çox sahələrin işləməməsi, sahibkarların fəaliyyətindəki durğunluq  təbii ki, iqtisadi çətinlik yaradıb. Pandemiya səbəbindən 2020-ci ilin əvvəlindən dünya bazarlarında neftin qiymətlərində azalma […]

“YAŞAT” Fonduna 8110 SMS vasitəsilə ianə etmək imkanı yaradılıb

Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən yaradılan “YAŞAT” Fonduna SMS vasitəsilə ianə etmək imkanı yaradılıb. Bütün mobil operatorlardan 8110 qısa nömrəsinə SMS göndərməklə Fonda 1 AZN-dən 50 AZN-dək ianə etmək mümkündür. SMS-in mətnində 1, 3, 5, 10, 20, 50 rəqəmlərini yazmaqla müvafiq olaraq, 1AZN, 3 AZN, 5 AZN, 10 AZN, 20 AZN və 50 AZN ianə […]

Azərbaycan Dili və Mədəniyyəti milli və bəşəri dəyərləri özündə ehtiva edir

Azərbaycan mədəniyyəti dünyada xüsusilə fərqlənir. Musiqi, muğam, rəsm, toxuculuq, heykəltəraşlıq və digər  sənət sahələrində ölkəmizin nailiyyətləri  saysızdır.  Milli mentalitetimizin, dəyərlərimizini  qorunub saxlanması, təbliğatı sahəsində həyata keçirilən işlər, həmçinin gənc nəslin təlim tərbiyəsində bu dəyərlərdən faydalanmaq dövlətimizdə proqram sahələrdən birinə çevrilib. Bu günlərdə Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyev yeni mədəniyyət nazirinin təyin edilməsi ilə bağlı videoformatda […]

PREZIDENT İLHAM ƏLIYEV : “DAĞLIQ QARABAĞ MÜNAQIŞƏSI ARTIQ TARIXƏ QOVUŞUB”

Azərbaycan torpaqlarının işğaldan azad olunması istiqamətində ATƏT-in Minsk qrupunun  keçirdiyi danışıqlar  heç bir fayda verməmiş, ərazilərimizin geri qaytarılmasına düşmən tərəf təşəbbüs belə göstərməmişdi. Həmsədr dövlətlər Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinə çox biganə yanaşırdı. ATƏT-in Minsk qrupu həmsədrlərinin sonuncu dəfə Azərbaycana səfərindən sonra ötən bir il ərzində bölgə və dünyadakı vəziyyət dəyişmişdir. Onların bacarmadıqları problem həlll […]

XALQIMIZ MILLI TARIXIMİZİN ƏN MÖHTƏŞƏM SƏHIFƏSINI YAŞAYIR

Azərbaycan 30 ilə yaxın müddətdə işğal altında qalan torpaqlarını azad etməklə Böyük Qələbəni qazandı. 44 gün davam edən müharibədə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə formalaşan Azərbaycanın şanlı Ordusu düşməni diz çökdürdü. Işğal altında qalan torpaqlarımız cəsur əsgərlərimizin rəşadəti ilə düşmən caynağından xilas oldu. Bu dünya tarixində görünməmiş Vətən müharibəsi idi. […]

LAÇIN AZADDIR, QƏLƏBƏMİZ MÜBARƏK!

Dekabrın 1-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyev xalqa müraciət edərək Laçının azad olunması müjdəsini verdi. Beləliklə, Azərbacan Ordusu uzun illərdən sonra Laçına daxil oldu. Təbii ki,  Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir.  Azərbaycan Respublikası dekabrın 1-də Ermənistanın işğalı altındakı Laçın rayonunu öz yurisdiksiyasına qaytardı. Azərbaycan Ermənistan qoşunlarını və qanunsuz məskunlaşan erməniləri sayca 7-ci rayondan […]

Mingəçevir məktəblisi Atilla Muradlı yenə ölkə birincisiləri arasındadır

Riyaziyyat və informatika fənnləri  üzrə 4 mərhələli müsabiqə 7 həftə davam edib.Yarışmada ölkənin   ümumtəhsil məktəblərinin 7, 8, 9 və 10-cu siniflərində təhsil alan 7 minə yaxın şagird iştirak iştirak edib. Mars  Academy-nin Təhsil Nazirliyi ilə birgə gerçəkləşdirdiyi yarışın əsas hədəfi riyaziyyat – informatika və məntiqi təfəkkürə sahib istedadlı şagirdlərin üzə çıxarılması və gələcək inkişaf istiqamətlərinin […]