Browsing monthly archive

Yanvar 2021

GƏNCLƏR ÜÇÜN INCƏSƏNƏT HƏFTƏSİ KEÇİRİLİB

6 gün davam edən tədbir Bədən dili, İnkluziv rəqs, Rəsm terapiyası, Oyuncaq hazırlama texnikası, Hekayə söyləmə və Pantomim teatr növünə həsr olunub. İncəsənət həftəsinə Gənclərin İnkişaf və Karyera Mərkəzinin Şəmkir, Qazax, Biləsuvar nümayəndəlikləri, Binəqədi Gənclər Evi, Xəzər Gənclər Evi və Mingəçevir Gənclər Evindən mentor və iştirakçılar qatılıb. Sessiya zamanı iştirakçılar müxtəlif incəsənət janrları ilə tanış […]

Mingəçevir Bələdiyyəsi 2020-ci ildəki fəaliyyəti barədə hesabat verib

2020-ci il dünyanı cənginə almış, hələ də davam edən pandemiya (COVİD-19) ilə mübarizə ili oldu. Bütün dövlət strukturlarının, o cümlədən bələdiyyələrin fəaliyyətində məhdudiyyətlər tətbiq edildi. Bu da sözsüz ki, nəzərdə tutulmuş il ərzində görüləcək işlərə mənfi təsir göstərdi və bir sıra layihələr yerinə yetirilməmiş qaldı. 2020- ci il xalqımız üçün eyni zamanda zəfər ili kimi […]

İlham Əliyev: “Səhər tezdən yola çıxmışıq. İstiqamət Şuşa şəhəridir”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 14-də Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin Füzuli rayonunda hava limanının təməllərini qoyub. Sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Azərbaycanın işğaldan azad edilən mədəniyyət paytaxtı Şuşa şəhərində olublar. Şuşaya gedərkən avtomobili özü idarə edən Prezident İlham Əliyev dedi: -Səhər tezdən yola […]

Mingəçevir Dövlət Universitetinin rektoru Vətən müharibəsində iştirak edən əməkdaşla görüşüb

14 yanvar 2021-ci il tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov 44 günlük Vətən Müharibəsində ərazi bütövlüyümüzün bərpa edilməsi uğrunda gedən döyüşlərdə  iştirak etmiş “Mexanika” kafedrasının müdiri Mahir İsmayılov ilə görüşüb. Görüşdə rektor müzəffər Ali Baş Komandanımızın rəhbərliyi və yenilməz Azərbaycan Ordusunun rəşadəti sayəsində əldə edilən tarixi Zəfər münasibətilə M.İsmayılovu təbrik edib, torpaqlarımızın işğaldan […]

Mingəçevir Dövlət Universitetində “Açıq qapı” günü keçirilib

2021-ci ilin 14 yanvar tarixində Mingəçevir Dövlət Universitetində (MDU) 2020/2021-ci tədris ilinin payız imtahan sessiyası çərçivəsində ilk “Açıq qapı” günü keçirilib. “Microsoft Teams” platforması üzərindən online formatda təşkil olunan “Açıq qapı” günündə MDU-nun rektoru Şahin Bayramov universitetin tələbə və magistrantları ilə görüşüb. Görüşdə rektor, ilk növbədə, cari tədris ilinin payız semestrinin uğurla başa çatması münasibətilə […]

Mingəçevirdə növbəti könüllülər qrupuna sertifikatlar verildi

Mingəçevir Şəhər İcra Hakimiyyəti 10-cu dəfə (hərəsi 2 ay müddətində olmaqla) könüllülərini yola salıb. Yanvarın 14-də İcra Hakimiyyəti başçısı İlham İsmayılov aparatda təcrübə keçən könüllüləri qəbul edib, onlara sertifikatlarını təqdim edib. Gənclər  İH aparatının kollektivi tərəfindən qayğı ilə əhatə olunduqlarını və gələcək fəaliyyətlərində bu təcrübələrdən istifadə edəcəklərini bildiriblər.

Mingəçevirdə yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi saxlanılıb

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları yaşadığı evi qanunsuz olaraq tərk edən və infeksiyanın yayılmasına şərait yaradan aktiv koronavirus xəstəsi aşkarlayıblar. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, COVID-19 testinin nəticəsi pozitiv olan şəhər sakini Anar Əliyevə ev şəraitində müalicə təyin edilməsinə və sanitar-karantin qaydaları izah olunmasına baxmayaraq o, yaşadığı ünvanı tərk […]

Mingəçevirdə avtomobil qaz borusuna çırpılıb

Mingəçevirdə minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı qaz borusuna çırpılıb. APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə axşam saatlarında Samux küçəsində baş verib.1990-cı il təvəllüdlü sürücü Əzimli Sahil Nüsrət oğlunun idarə etdiyi “BMW” markalı minik maşını yol kənarındakı maneələrə, o cümlədən qaz borusuna çırpılıb. Qəza zamanı xəsarət alan sürücüyə hadisə yerində tibbi yardım göstərilib. İlkin məlumata görə, […]

Yanvarın 20-dək Mingəçevirdə bütün şəhid qəbirləri abadlaşdırılacaq

İkinci Qarabağ müharibəsində iştirak edən mingəçevirlilərdən 50-si hərbi borcunu  yerinə yetirərkən şəhidliyə ucalıb. Bu vətənpərvər oğulların uyuduğu məzarların 20 Yanvar ümumxalq hüzn gününə kimi abadlaşıdırılması üçün  hazırda Şəhidlər Xiyabanında gərgin işlər aparılır. Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov işlərin gedişi ilə yaxından tanış olmaq üçün xiyabanda olub, övladlarını ziyarət edən şəhid ailələri görüşüb. Hazırda xiyabanda […]

Deputatın uşaq bağçasına gəlişi təsirsiz ötüşmədi

Mingəçevirdəki 15 saylı “Nigar” körpələr evi-uşaq bağçası 1989-cu ildə tikilib. 1992-93-cü illərdə erməni təcavüzü nəticəsində torpaqlarından məcburi köçkün düşmüş soydaşlarımızın bir qismi uzun müddət burada məskunlaşıb. Buna baxmayaraq, 12 qrupluq, 200 yerlik  bağça 8 qrup üzrə fəaliyyətini davam etdirib. İki il öncə məcburi köçkünlər dövlət tərəfindən verilən mənzillərlə təmin olunanda bağça boşaldılsa da, yararsız hala […]