Browsing daily archive

Yanvar 27, 2021

Mingəçevirdə azyaşlının üstünə qaynar su dağılıb

Mingəçevirdə 6 yaşlı qız qaynar çaydanı üzərinə aşırıb. APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Əkinçi küçəsində yerləşən fərdi təsərrüfatlardan birində baş verib. 2015-ci il təvəllüdlü şəhər sakini Abdullayeva Türkay Elvin qızı qaz sobası üzərində dayanan qaynar suyu dağıdıb. Çoxsaylı yanıq xəsarətləri alan körpə xəstəxanaya yerləşdirilib.

Ermənilərin atəşi nəticəsində dağılan evlər və infrastruktur bərpa olunur

APA TV-nin məlumatına görə, dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması məqsədilə ölkə başçısının 6 noyabr 2020-ci il tarixli müvafiq Sərəncamı ilə yaradılmış Dövlət Komissiyasının Baş Nazirin rəhbərliyi altında təşkil olunmuş fəaliyyəti nəticəsində qısa müddət ərzində ümumilikdə 11 şəhər və rayon ərazisində 10000-dən artıq obyektə baxış keçirilib, qiymətləndirmə və təmir-tikintinin ilkin planlaşdırılması işləri aparılıb. Dövlət Şəhərsalma […]

Mingəçevir Dövlət Universitetinin tələbəsi adlı təqaüdə layiq görülüb

Mingəçevir Dövlət Universitetinin (MDU) İqtisadiyyat və idarəetmə fakültəsinin II kurs tələbəsi Fəridə Rüstəmzadə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ) adlı təqaüdünə layiq görülüb. F.Rüstəmzadə sözügedən təqaüdü 2019/2020-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasında əldə etdiyi yüksək nəticələr və həmkarlar ittifaqı sahəsində fəallığı sayəsində qazanıb. O, respublika üzrə ATİAHİ-nin adlı təqaüdünün təqdim edildiyi 64 ali məktəb tələbəsindən biri olmağı bacarıb. […]