Browsing daily archive

Yanvar 24, 2021

Mingəçevirdə karantin qaydalarını pozan tədris mərkəzi aşkar edilib

Mingəçevir şəhərində karantin qaydalarını pozaraq fəaliyyət göstərən tədris mərkəzi aşkar edilib. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Nazif Lətifova məxsus “Fınance Academy” hazırlıq kursunun qanunsuz olaraq fəaliyyət göstərdiyi müəyyən edilib. Sinif otaqlarına baxış zamanı orada şagirdlərin sanitar-karantin qaydalarına əks olaraq sosial məsafə gözləmədən, əksəriyyətinin tibbi […]

Mingəçevirdə avtomobilin vurduğu piyada xəsarət alıb

Mingəçevirdə piyadanı avtomobil vurub. APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Heydər Əliyev prospektində baş verib. Minik maşını yolu keçmək istəyən 1958-ci il təvəllüdlü piyada Əliyeva Rəna Əlisab qızını vuraraq ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Yaralı qadın ətrafdakıların köməyi ilə xəstəxanaya çatdırılıb. Burada ilkin tibbi yardım göstərilən qadın daha sonra Gəncədəki klinikaların birinə göndərilib.