Browsing daily archive

Yanvar 18, 2021

Mingəçevirdə dəm qazdan zəhərlənmə hadisəsi baş verib

Mingəçevirin Bağlar yaşayış massivi, “14-cü küçə” ünvanında dəm qazdan boğulma hadisəsi qeydə alınıb. APA -nın yerli bürosunun məlumatına görə, şəhər sakini, 1966-cı il təvəllüdlü Abbasov İlqar Ağasəf  oğlu yaşadığı ünvanda dəm qazından zəhərlənərək xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

20 Yanvar xalqımızın mübarizə əzmini daha da alovlandırdı

“Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsi, şəhər Gənclər və İdman İdarəsi və Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Şəki Regional Mərkəzinin birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunan “Şəhidlərimiz bizim qürur mənbəyimizdir” adlı konfrans keçirilib. Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçən Şəhidlərimizin əziz […]

Bərabərlik Nəsili – Təsvir edin!

BMT Qadın, Avropa Komissiyası, Belçika, Fransa və Meksika Hökümətləri və “Cartoon for Peace” (Barışıq naminə Karikatura) Pekin Bəyannaməsi və Fəaliyyət Platformasının 25-ci ildönümünü qeyd etmək üçün qlobal səviyyədə Komiks və Karikatura Yarışmasına start verir. Qadın və qız uşaqlarının səlahiyyətlərinin artırılmasına yönəlik ən görməli gündəm olan 1995-ci il tarixli Pekin Bəyannaməsi və Fəaliyyət Platforması, bərabərliyi və […]

Mingəçevir Dövlət Universitetində payız semestrinin imtahan sessiyasının ilk həftəsi uğurla başa çatıb

Mingəçevir Dövlət Universitetində (MDU) 2020/2021-ci tədris ilinin payız semestrinin 11 yanvar tarixində başlayan online imtahan sessiyasının ilk həftəsi uğurla yekunlaşıb. Məlumat verildiyi kimi, MDU-da bütün imtahanlar “Microsoft Teams” platforması üzərindən virtual qaydada şifahi formada təşkil olunub. 11-15 yanvar tarixlərini əhatə edən ilk beş imtahan günündə bakalavriat səviyyəsində 135 qrupda təhsil alan 2467 tələbənin 183 imtahanda […]