Browsing daily archive

Yanvar 12, 2021

KIVDF-ni Medianın İnkişafı Agentliyi əvəz edəcək

Yanvarın 12-də Azərbaycan Respublikası Prezidenti İlham Əliyev media sahəsində islahatların dərinləşdirilməsi haqqında Fərman imzalayıb. Fərmanda deyilir: Ötən əsrin 90-cı illərində Azərbaycan Respublikasında dövlət müstəqilliyi bərpa edildikdən sonra müasir medianın formalaşması və inkişafı üçün geniş imkanlar yaranmışdır. Həyata keçirilmiş köklü islahatlar nəticəsində ölkədə senzura, söz və məlumat azadlığını məhdudlaşdıran digər süni maneələr aradan qaldırılmış, medianın fəaliyyətini […]

700 yumurta tutan inkubator avadanlığı nasaz çıxdı

Mingəçevir sakini Məmmədova Ruzigar Nadir qızı düşdüyü çətin problemlər içərisində batdığını deyir. Bu xanım səhərin “Şəfa” bağlar massivində 34 yaşlı oğlu ilə birlikdə yaşadığını deyir. Bildirir ki, uzun illər bundan öncə qəza nəticəsində həyat yoldaşını itirib: “O zamandan ailəmizin dolanışığı tamamilə çətinləşib. 2000-ci ildən heç bir yerdə daimi işim yoxdur. Səhhəti narahat olan oğlum da […]

“Rembo” ləqəbli Qarabağ döyüşçüsü: “Hollivud filmlərinin gerçəyi cəbhədə idi”

44 günlük Vətən müharibəsi təkcə torpaqlarımızın azadlığı və zəfər müjdələriylə yadda qalmadı. Həm də, bəlkə də heç vaxt tanımayacağımız igid oğulları bizə tanıtdı. Onlardan biri mingəçevirli, “Rembo” ləqəbli Fariz Əlizadə, digəri isə  Ülvi Kərimovdur. Döyüşçülərin hər ikisi HTech Invest şirkətinin (Mingəçevir kompüter zavodu) işçiləridir və ordudan təxris olunaraq saq-salamat qayıdıblar. Onlar əvvəlcə Şəhidlər Xiyabanını ziyarət […]

Mingəçevir şəhərində ağır yol qəzası baş verib

Mingəçevir şəhərində xəsarətlə nəticələnən yol qəzası baş verib. APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə gecə saatlarında Naxçıvan küçəsində qeydə alınıb. Energetik yaşayış massivindən şəhər mərkəzi istiqamətində hərəkət edən “Opel” markalı minik maşını idarəetmədən çıxaraq yol kənarındakı maneəyə çırpılıb və aşaraq yaxınlıqdakı yaşayış evinin divarına dəyib. Qəza zamanı sürücü və iki sərnişin xəsarət alıb. Hər üç yaralı xəstəxanaya […]