Browsing monthly archive

Yanvar 2021

Kürdə gəzinti zamanı çevrilmiş qayıq tapılıb

Kür çayında gəzinti qayığı batıb.APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Kür çayının Mingəçevirdən Yevlax rayonu ərazisinə uzanan hissəsində baş verib. Daxil olmuş çağırış əsasında aidiyyəti qurumlar qeyd olunan ərazidə batdığı ehtimal olunan şəxslərin axtarışlarına başlayıb. İlkin məlumata görə, batdığı söylənən şəxslərdən biri qayıqçı, digəri gəzintiyə çıxan müştəridir. Onların Mingəçevir sakini olduğu və hadisənin qayığın çevrilməsi […]

İçməli suyun qiyməti 2 dəfə bahalaşdı

Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib, aidiyyəti qurumların müraciətlərinə baxılıb və müvafiq qərarlar qəbul edilib. Tarif (qiymət) Şurasının Katibliyindən verilən məlumata görə, “Azərsu” ASC Şuraya müraciətində bildirib ki, son illər su təchizatının əhatə dairəsinin genişləndirilməsi, əhalinin fasiləsiz və keyfiyyətli su təchizatı üçün yeni infrastrukturların istismara verilməsi ilə əlaqədar elektrik enerjisi, mal-material, nəqliyyat və təmir xərcləri artmış, […]

Polis Akademiyasında “hüquqşünaslıq” ixtisasına yiyələnmək istəyirsinizsə…

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi xüsusi təyinatlı təhsil müəssisəsi olan Polis Akademiyasına “hüquqşünaslıq” ixtisası üzrə əyani təhsil üzrə 200 kursantın qəbulu üçün müsabiqə elan edir. Müsabiqədə – Azərbaycan dilini sərbəst bilən, boyu azı 165 sm, çağırışçı kimi Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində qeydiyyatda və həqiqi […]

Mingəçevir Dövlət Universitetində növbəti “Açıq qapı” günü keçirilib

2021-ci ilin 28 yanvar tarixində Mingəçevir Dövlət Universitetində (MDU) 2020/2021-ci tədris ilinin payız imtahan sessiyası çərçivəsində növbəti “Açıq qapı” günü keçirilib. “Microsoft Teams” platforması üzərindən online formatda təşkil olunan “Açıq qapı” günündə MDU-nun rektoru Şahin Bayramov universitetin tələbə və magistrantları ilə görüşüb. Cari imtahan sessiyasının üçüncü həftəsinin başa çatmaq üzrə olduğunu nəzərə çatdıran rektor ötən […]

Mingəçevirdə azyaşlının üstünə qaynar su dağılıb

Mingəçevirdə 6 yaşlı qız qaynar çaydanı üzərinə aşırıb. APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Əkinçi küçəsində yerləşən fərdi təsərrüfatlardan birində baş verib. 2015-ci il təvəllüdlü şəhər sakini Abdullayeva Türkay Elvin qızı qaz sobası üzərində dayanan qaynar suyu dağıdıb. Çoxsaylı yanıq xəsarətləri alan körpə xəstəxanaya yerləşdirilib.

Ermənilərin atəşi nəticəsində dağılan evlər və infrastruktur bərpa olunur

APA TV-nin məlumatına görə, dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması məqsədilə ölkə başçısının 6 noyabr 2020-ci il tarixli müvafiq Sərəncamı ilə yaradılmış Dövlət Komissiyasının Baş Nazirin rəhbərliyi altında təşkil olunmuş fəaliyyəti nəticəsində qısa müddət ərzində ümumilikdə 11 şəhər və rayon ərazisində 10000-dən artıq obyektə baxış keçirilib, qiymətləndirmə və təmir-tikintinin ilkin planlaşdırılması işləri aparılıb. Dövlət Şəhərsalma […]

Mingəçevir Dövlət Universitetinin tələbəsi adlı təqaüdə layiq görülüb

Mingəçevir Dövlət Universitetinin (MDU) İqtisadiyyat və idarəetmə fakültəsinin II kurs tələbəsi Fəridə Rüstəmzadə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ) adlı təqaüdünə layiq görülüb. F.Rüstəmzadə sözügedən təqaüdü 2019/2020-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasında əldə etdiyi yüksək nəticələr və həmkarlar ittifaqı sahəsində fəallığı sayəsində qazanıb. O, respublika üzrə ATİAHİ-nin adlı təqaüdünün təqdim edildiyi 64 ali məktəb tələbəsindən biri olmağı bacarıb. […]

Sosial şəbəkələr həyatımıza necə təsir edir?

Bir neçə gün əvvəl ELTV-nin “Bu səhər” proqramı aparıcılar Zamiq Hacıyev  və Gülnar Musayevanın təqdimatında sosial şəbəkələrin həyatımıza təsiri və təhlükəsizliklə bağlı məsələləri  müzakirə etdi. 24-cü dəqiqədən verilişə biz də qoşulduq. Buyurun, izləyin.

Mingəçevir Dövlət Universitetində imtahan sessiyasının ikinci həftəsi uğurla yekunlaşıb

Mingəçevir Dövlət Universitetində (MDU) 2020/2021-ci tədris ilinin payız semestrinin online imtahan sessiyasının ikinci həftəsi də uğurla yekunlaşıb. 18-22 yanvar tarixlərini əhatə edən imtahanlar “Microsoft Teams” platforması üzərindən virtual qaydada şifahi formada təşkil olunub. İkinci imtahan həftəsində bakalavriat səviyyəsi üzrə ümumilikdə 133 qrupda təhsil alan 2454 tələbə 156 imtahanda iştirak edib. Məsafədən təşkil olunan imtahanlarda yalnız […]