Browsing monthly archive

Dekabr 2020

“Könüllülükdən zirvəyə”

Forum Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Vətənimizin bütövlüyü uğrunda canlarından keçən Şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə davam edib. Forumu giriş sözü ilə açan Mingəçevir Gənclər Evinin əməkdaşı və forumun moderatoru Zəminə Ədilova könüllü fəaliyyətlə bağlı məlumat verib. Gənclər Evinin direktoru Tural Kərimov Beynəlxalq Könüllülər Günü münasibətilə könüllüləri təbrik edib, […]

Azərbaycan Texniki Universiteti və Mingəçevir Dövlət Universitetinin birgə təşkilatçılığı ilə növbəti nəzəri-praktiki seminar keçirilib

2020-ci ilin 4 dekabr tarixində Azərbaycan Texniki Universiteti (AzTU) və Mingəçevir Dövlət Universitetinin (MDU) birgə təşkilatçılığı ilə “Cəmiyyətin innovativ infrastrukturunun formalaşmasında informasiya texnologiyaları sənayesinin artan rolu” mövzusunda nəzəri-praktiki seminar keçirilib. “ZOOM” platforması üzərindən online formatda təşkil olunan seminarı açan MDU-nun rektoru Şahin Bayramov, ilk növbədə, Vətən Müharibəsində əldə edilən tarixi Qələbə münasibətilə tədbir iştirakçılarını təbrik […]

BMT ilkin ehtiyacları qarşılamaq üçün ictimai təşkilatlarla məsləhətləşmə apardı

BMT-nin ölkəmizdəki ofisi Azərbaycan hökuməti, ictimai təşkilatlar, tədqiqat mərkəzləri və digər  inkişaf tərəfdaşlarıyla birgə həm COVİD-19, həm də ikinci Qarabağ müharıbəsindən yaranan sosial-iqtisadi və ekoloji vəziyyəti daim izləyir, müəyyənləşdirilmiş ilkin ehtiyacları qarşılamaq üçün birgə tədbirlər həyata keçirir. Növbəti tədbir dekabrın 3-də onlayn rejimdə ictimai təşkilatlarla məsləhətləşmə şəklində baş tutub. Görüş BMT-nın müəyyən və ictimai təşkilatların təsbit […]

Zəfər Günü noyabrın 8-də – Şuşanın azad olunduğu gündə qeyd olunacaq

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası məlumat yayıb. Məlumatda deyilir: “Ermənistanın ardıcıl təxribatları və hərbi təcavüzünə cavab olaraq 2020-ci il sentyabrın 27-də Azərbaycan xalqı Ermənistanın otuz ilə yaxın davam edən işğalçılıq siyasətinə son qoymaq və torpaqlarımızı düşmən tapdağından azad etmək uğrunda Vətən müharibəsinə qalxmışdır. 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan xalqı tarixi qələbə qazanmış, ölkəmizin […]

Qarabağ qaziləri Beynəlxalq Əlillər Günü Şəhidlər Xiyabanına gəldilər

Dekabrın 3-də Qarabağ Əlilləri Cəmiyyətinin Mingəçevirdə yaşayan bir qrup üzvü Beynəlxalq Əlillər Günü münasibətilə Şəhidlər Xiyabanına gələrək, şəhid yoldaşlarının qəbirlərini və 20 Yanvar abidəsini ziyarət ediblər. Birinci qrup əlilliyi olan şəxs Əbülfət Babayev deyib ki, adətən ziyarətə daha çox adam gələ bilərdi, sadəcə pandemiya ilə əlaqədar sosial məsafə gözlədikləri üçün bu missiyanı bir neçə nəfər […]

Mingəçevidrə iki avtomobil toqquşub, xəsarət alanlar var

Mingəçevirdə 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə şəhərin Nəriman Nərimanov küçəsində qeydə alınıb. “Hyundai” markalı minik avtomobili “Ford” markalı maşınla toqquşub. İlkin məlumata görə, qəza nəticəsində biri azyaşlı olmaqla 3 nəfər müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

690 bal toplayan Xocavəndli gənc müəllim Mingəçevir Dövlət Universitetinin uğurları üçün çalışır

Xocavənd rayonunun Qaradağlı kəndində anadan olan Şəlalə Quliyeva erməni işğalı səbəbindən bir yaşından köçkün həyatı yaşamağa başlayıb və ailəsi ilə birlikdə Mingəçevir şəhərində məskunlaşıb. Vətən həsrəti və çətin keçən uşaqlıq illəri onun ölkəmiz üçün layiqli vətəndaş və cəmiyyətimiz üçün faydalı mütəxəssis olmaq istəyinə mane ola bilməyib. 2008-ci ildə Mingəçevir şəhər Təbiət-Riyaziyyat və Humanitar Elmlər təmayüllü […]

Mingəçevir sakini dərmandan zəhərlənib

Mingəçevir şəhərində qadım dərmandan zəhərlənib. APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Vidadi küçəsində qeydə alınıb.1987-ci il təvəllüdlü Məmmədova Leyli Cəlal qızı normadan artıq dərman preparatı qəbul edərək zəhərlənib. O, xəstəxanaya yerləşdirilib. Əldə edilən məlumata görə, adıçəkilən şəxs bir neçə gün öncə də zəhərlənmə diaqnozu ilə xəstəxanaya gətirilmişdi. Faktla bağlı araşdırma aparılır.

Azərbaycanda Anım və Zəfər Günləri qeyd olunacaq

Prezident İlham Əliyev Azərbaycan Respublikasında Anım Gününün  və Zəfər Gününün təsis edilməsi haqqında Sərəncamlar imzalayıb. İndidən sonra hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü, noyabrın 10-u isə Zəfər Günü kimi təntənəli şəkildə qeyd ediləcəkdir. Anım günü –  Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər […]

Mingəçevir Dövlət Universitetində növbəti dəfə tibbi-profilaktik və dezinfeksiya işləri aparılıb

2020-ci ilin 1 dekabr tarixində Mingəçevir Dövlət Universitetində (MDU) növbəti dəfə tibbi-profilaktik və dezinfeksiya işləri aparılıb. Mingəçevir şəhər Dezinfeksiya Stansiyasının əməkdaşları tərəfindən həyata keçirilən dezinfeksiya işləri auditoriya və laboratoriyaları, inzibati otaqları, dəhlizləri, həyətyanı əraziləri, idman zalını, kitabxananı və sanitar qovşaqları əhatə edib. Qeyd edək ki, MDU-da mütəmadi olaraq keçirilən dezinfeksiya tədbirləri Azərbaycan Respublikasının Nazirlər Kabinetinin […]