Browsing monthly archive

Dekabr 2020

Qızıl Aypara Cəmiyyətinin üzvləri yaralı qazini ziyarət edib

Qızıl Aypara Cəmiyyəti Mingəçevir şəhər şöbəsinin əməkdaşları yaralı qaziləri ziyarət edir, onlara yardımlar göstərirlər. Növbəti ziyarət yaralı Qarabağ qazisi Məhəmməd Məmmədov olub. Məhəmməd 7 ildir ki, “N” hərbi hissəsində müddətdən artıq hərbi qulluqçu kimi xidmət edir. O, Suqovuşan uğrunda gedən döyüşlərdə yaralanıb, bir gözünü itirib, ayağının birindən də çoxsaylı qəlpə yaraları alıb. Ağrıları çox olsa […]

Elektron Hökumətin İnkişaf Mərkəzi “Rəqəmsal Jurnalistikaya Doğru” proqramının növbəti mərhələsinə start verdi

Elektron Hökumətin İnkişaf Mərkəzi (EHİM) “Rəqəmsal Jurnalistikaya Doğru” proqramını ilk dəfə bu ilin iyun ayında gerçəkləşdirmişdi. O zaman bütün müraciət edən KİV təmsilçiləri üçün iştirak etmək imkanının mümkün olmadığını nəzərə alan təşkilat dekabrın 8-dən proqramın növbəti mərhələsinə start verib. Qurumun nümayəndəsi Xəyalə Fətullayevanın dediyinə görə, məqsəd media mənsublarını jurnalistika sahəsində baş verən yeniliklər və trendlərlə […]

Yaşayış yerini tərk etmək üçün 8103-ə SMS göndərməli olacağıq

Nazirlər Kabineti dekabrın 8-də Azərbaycan Respublikasında xüsusi karantin rejiminin sərtləşdirilməsi haqqında qərar qəbul edib. Qərara əsasən 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək ölkənin bütün ərazisində iş və xidmət sahələrinin fəaliyyəti (bir sıra sahələr istisna olmaqla) dayandırılır. Bəzi hüquqi və fiziki şəxslərin hərəkətlərinə barələrində məlumatlar işəgötürənlər tərəfindən gücləndirilmiş elektron imzadan […]

Mingəçevir Dövlət Universiteti Elmi Şurasının növbəti iclası keçirilib

2020-ci ilin 7 dekabr tarixində Mingəçevir Dövlət Universiteti (MDU) Elmi Şurasının növbəti iclası keçirilib. “Microsoft Teams” platforması üzərindən online formatda keçirilən iclası açan MDU-nun rektoru Şahin Bayramov, ilk növbədə, Ali Baş Komandanımızın rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun əldə etdiyi tarixi qələbə münasibətilə iclas iştirakçılarını təbrik edib və 44 gün davam edən döyüşlərdə universitetin tələbə, məzun […]

Mingəçevir Dövlət Universitetinin Pedaqoji fakültəsində Tələbə Elmi Cəmiyyətinin konfransı keçirilib

2020-ci ilin 5 dekabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Pedaqoji fakültəsində Tələbə Elmi Cəmiyyətinin (TEC) elmi-praktiki konfransı keçirilib. “Microsoft Teams” platforması üzərindən online formatda keçirilən konfransı açan fakültənin dekanı Nizami Zeynalov, ilk növbədə, konfrans iştirakçılarına MDU-nun rektoru Şahin Bayramovun salamlarını, müzəffər Ali Baş Komandanımızın rəhbərliyi və qüdrətli Azərbaycan Ordusunun rəşadəti sayəsində əldə olunan şanlı qələbə […]

Dekabrın 10-da Vətən müharibəsində qələbəyə həsr olunmuş hərbi parad keçiriləcək

Müdafiə Nazirliyinin yaydığı məlumata görə, dekabrın 10-da keçiriləcək Vətən müharibəsində qələbəyə həsr olunmuş hərbi parada hazırlıq məşqləri davam edir. Azadlıq Meydanında keçiriləcək hərbi paradda 3000 nəfərdən artıq şəxsi heyət iştirak edəcək, 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi […]

Yaralı əsgər Orxan Muradova və başqalarına tibbi yardım necə göstərilir?

Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında yaralıya “Bizdə sığorta sistemidir, sənin buralıq işin yoxdur” deyiblər Son günlər sosial şəbəkələrdə 2-ci Qarabağ müharibəsinin qazisi  Orxan Muradovla bağlı yayılan məlumatı həm qürur hissi ilə qarşıladıq, həm də təəssüflə. Orxanın ön cəbhədə cəsarətlə döyüşməsi, düşmənin başını əzərək, işğalçılara qan uddurması ürəyimizi fərəhlə doldurdu. Amma Qubadlıda gedən döyüşlərdə ağır bədən xəsarətləri […]

Mingəçevir Dövlət Universiteti və Almaniyanın Siegen Universiteti arasında birgə layihənin ikinci təlimi başa çatıb

2020-ci ilin 4 dekabr tarixində Mingəçevir Dövlət Universiteti (MDU) və Almaniyanın Siegen Universiteti (University of Siegen) arasında “Sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsi” mövzusunda birgə layihənin ikinci həftəsi üzrə nəzərdə tutulmuş təlimləri başa çatıb. 30 noyabr – 4 dekabr 2020-ci il tarixlərində “ZOOM” platforması üzərindən online formatda təşkil edilən sonuncu təlimdə MDU-nun İqtisadiyyat və idarəetmə, Mühəndislik və […]

Mingəçevir Dövlət Universitetində turizm mövzusuna həsr olunan birgə layihənin IV modul təlimi keçirilib

2020-ci ilin 28 noyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) təşkilatçılığı, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin dəstəyi, Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU), Mingəçevir Turizm Kollecinin tərəfdaşlığı ilə icra olunan “Turizm sahəsi üzrə kadr hazırlığında yeni çağırışlar: təcrübə və karyera imkanları” mövzusunda birgə layihənin IV modul təlimi keçirilib. “ZOOM” platforması üzərindən online formatda təşkil edilən təlimi […]

Görüntüsü sosial şəbəkədə yerləşdirildi, üstəlik də döyüldü

Mingəçevirdə 36 yaşlı kişi döyülüb. APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə  gecə saatlarında 6 saylı orta məktəbin yaxınlığında baş verib. Belə ki, şəhər sakini, 1984-cü il təvəllüdlü Məmmədov Mehman Zöhrab oğlu naməlum şəxs tərəfindən döyülüb. Göz, burun və qol nayihəsindən ağır xəsarət alan M.Məmədov xəstəxanaya yerləşdirilib. Məlum olub ki, zərərçəkən şəhər bazarlarından birində fəhlə işləyir. İlkin […]