Browsing monthly archive

Dekabr 2020

Paytaxtdan kənarda rəqəmsallaşmaya “at arabası ilə” gedirlər

Universitet  evə “köçür”    “Mənim üçün Mingəçevirdə, ailəmin yanında yaşamaq daha rahatdır. İnternetim, kompüterim var. Evimdə oturub, dərslərimi onlayn oxuya bilirəm. Belə təhsil regionlardan olan yüz minlərlə tələbəni bir çox qayğılardan – kirayə ev, iaşə, kommunal və nəqliyyat xərclərindən azad edir. Hər gün universitetə getmək üçün itirdiyim vaxta da qənaət edirəm. Düşünürəm ki, bütün universitetlər distant […]

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-də Azərbaycan-Rusiya Birgə Komissiyasının 19-cu görüşü videokonfrans şəklində keçirilib

“Azərbaycan Respublikası Höküməti və Rusiya Federasiyası Höküməti arasında Samur transsərhəd çayının su ehtiyatlarının səmərəli istifadəsi və mühafizəsi sahəsində əməkdaşlıq haqqında Sazişə” əsasən yaradılan Samur transsərhəd çayının su ehtiyatlarının bölünməsi üzrə Azərbaycan-Rusiya Birgə Komissiyasının 19-ci görüşü Covid-19 karonavirus pandemiyası ilə əlaqədar Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-də videokonfrans şəklində keçirilib. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin […]

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti “YAŞAT” Fonduna 200 min manat ianə edib

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin nümayəndəsi Dilqəm Şərifovun verdiyi məlumata görə, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-i Vətən müharibəsində iştirak edən şəhidlərimizin ailələrinə və yaralananlara dəstəyini bildirərək “YAŞAT” Fonduna 200 min manat məbləğində vəsait köçürüb. Xatırladaq ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il […]

“YAŞAT” Fonduna “ASAN ödəniş” vasitəsilə də dəstək olmaq mümkündür

“Azərbaycan Prezidentinin Fərmanı ilə yaradılan Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu – “YAŞAT” Fonduna “ASAN ödəniş” sistemi vasitəsilə də ianə etmək imkanı yaradılıb. Fonda dəstək olmaq istəyən şəxslər www.asanpay.az   portalında “Ən populyar ödənişlər” bölməsində ilk sırada olan “Yardım fondu” kateqoriyasına daxil olub, “YAŞAT” Fondu” bölməsini seçməklə ödənişi […]

Amerikalı mütəxəssis Mingəçevir Dövlət Universitetində tədris prosesinə cəlb olunub

ABŞ Dövlət Departamentinin maliyyələşdirdiyi “English Language Fellow” təqaüd proqramı çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetində fəaliyyət göstərən ingilis dili mütəxəssisi Richard Schlight 2020/2021-ci tədris ilinin payız semestri ərzində Mingəçevir Dövlət Universitetində (MDU) tədris prosesində fəal iştirak edir. Belə ki, amerikalı mütəxəssis MDU-nun bakalavriat səviyyəsində “Xarici dil müəllimliyi (ingilis dili üzrə)” ixtisası üzrə təhsil alan dördüncü kurs […]

Karantin qaydalarına Mingəçevirdə necə əməl olunur?

Bu gün Mingəçevir Polis şöbəsinin əməkdaşları sərtləşdirilmiş karantin rejimi qaydalarına əməl olunması vəziyyətini araşdırmaq üçün şəhər ərazisində  reyd keçiriblər. Reyd zamanı SMS icazəsi olmadan yaşadıqları ünvanı tərk edən, eləcə də tibbi maskadan istifadə etməyən və yaxud tələb olunan normalara uyğun şəkildə maskanı taxmayan vətəndaşlar aşkarlanıb. DİN mətbuat xidmətinin əməkdaşı, polis baş leytenantı Mahir Məsimovun verdiyi […]

“İncəsənət sosial inkişafda vasitə kimi”

“İncəsənət sosial inkişafda vasitə kimi” təşəbbüsü təhsil sahəsində ixtisaslaşan Education HUB-ın təşkilatçılığı ilə “İnkişaf Zamanı” proqramı çərçivəsində həyata keçirilib. Dekabrın 14-də baş tutan tədbirdə layihənin bağlanış mərasimi baş tutub. Layihə sosial məsələlərin həllində incəsənət vasitələrindən istifadə edilməsini təşviq edir. Beş ay müddətində həyata keçirilən layihə çərçivəsində Azərbaycanın bölgələrini təmsil edən və müxtəlif universitetlərdə təhsil alan […]

25 müəllim hər biri 2 gün keçirilmək şərti ilə 4 təlimə qatıldı

14 dekabr 2020-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə IV Qrant müsabiqəsinin qalibi olmuş “İbtida sinif müəllimləri üçün keyfiyyətin qiymətləndirilməsi metodlarının öyrənilməsi” adlı layihənin bağlanış mərasimi keçirildi. Layihənin bağlanış mərasimi və son təlimi eyni gündə həyata keçirildi. Layihə ərzində 1 açılış, təqdimat, hər biri 2 gün keçirilmək şərti ilə 4 təlim, […]

Mingəçevir Dövlət Universitetinin rektoru tələbələrlə görüşlər keçirib

2020-ci ilin 14 dekabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov “İqtisadiyyat və idaretmə”, “Pedaqoji” və “Mühəndlislik” fakültələrinin tələbələri ilə silsilə görüşlər keçirib. “Microsoft Teams” platforması üzərindən online formatda keçirilən görüşlərdə rektor, ilk növbədə, müzəffər Ali Baş Komandanımızın rəhbərliyi və yenilməz Azərbaycan Ordusunun rəşadəti sayəsində əldə olunan şanlı qələbə və dörd gün əvvəl keçirilmiş […]

Mingəçevir Dövlət Universiteti Almaniyada təşkil olunan beynəlxalq yarışmada uğurla təmsil olunub

Mingəçevir Dövlət Universiteti (MDU) və Almaniyanın Siegen Universiteti (University of Siegen) arasında “Sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsi” mövzusunda birgə layihə çərçivəsində keçirilən təlimlərdə uğur qazanmış tələbələr, magistrantlar və akademik heyət üzvləri 2020-ci ilin 11-12 dekabr tarixlərində Prime Academy (Almaniya) tərəfindən təşkil edilən beynəlxalq müsabiqədə iştirak ediblər. “ZOOM” platforması üzərindən onlayn formatda keçirilən beynəlxalq müsabiqədə Azərbaycanı Mingəçevir […]