Browsing daily archive

Dekabr 28, 2020

Mingəçevir Dövlət Universitetinin rektoru “Gələcəyin müəllimi” təqaüdünə layiq görülən birinci kurs tələbələri ilə görüşüb

28 dekabr 2020-ci il tarixində Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov  Təhsil Nazirliyinin təsis etdiyi “Gələcəyin müəllimi” təqaüdünə layiq görülən universitetin birinci kurs tələbələri ilə görüşüb. “Microsoft Teams” platforması üzərindən online formatda təşkil edilən görüşdə rektor müəllimlik ixtisaslarına yüksək balla qəbul olaraq “Gələcəyin müəllimi” təqaüdünə layiq görülmələri münasibətilə tələbələri ürəkdən təbrik edib, şərəfli müəllimlik peşəsinə yiyələnmək […]

İcra başçısı yaralı qaziləri ziyarət edib

Mingəçevir Şəhər  İcra Hakimiyyətinin başçısı İlham İsmayılov  Vətən Müharibəsi qazilərinə baş çəkib. Səmimi söhbət zamanı qazilərin şərəfli döyüş yolundan, müzəffər ordumuzun Ali Baş Komandanın rəhbərliyi ilə qazandığı qələbədən, şəhid ailələri və qazilərə diqqət və qayğıdan danışılıb. Başçı yaralılara Allahdan şəfa diləyib, tezliklə ayağa qalxmalarını arzulayıb, onların ailələrinin problemləri ilə maraqlanıb.

“Samux vadisi”nə gələnlər polis şöbəsinə aparıldılar

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı şəhər ərazisində yerləşən “Samux vadisi” adlı kafenin xüsusi karantin rejimi qaydalarına zidd olaraq fəaliyyət göstərdiyi məlum olub. DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, obyektə baxış zamanı icarədar və müştərilərin karantin qaydalarını pozduqları müəyyən edilib. Həmin şəxslər-kafeni icarə əsasında işlədən Mingəçevir şəhər sakini  Fuad […]

Yevlax-Balakən avtomagistralında yol qəzası olub, xəsarət alanlar var

Balakən-Xaldan avtomobil yolunun Yevlaxın Xanabad kəndi yaxınlığından keçən hissəsində Yevlax-Oğuz-Şəki yol dairəsi ətrafında yol qəzası baş verib. APA-nın Mingəçevir bürosunun məlumatına görə, “VAZ 2103” markalı minik maşını idarəetmədən çıxaraq yol kənarındakı maneə çırpılıb. Qəza nəticəsində maşında olan və müxtəlif bədən xəsarətləri alan Göyçay sakinləri -1999-cu il təvəllüdlü Cəbrayılov Cavid Ağahüseyn oğlu və 1987-ci il təvəllüdlü Sultanov […]