Browsing daily archive

Dekabr 25, 2020

Mingəçevirdə yaşayış binası yanıb

Mingəçevirdə yaşayış binasında yanğın olub. APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə axşam saatlarlnda N.Nərimanov küçəsi 40 ünvanında beşmərtəbəli binanın birinci mərtəbəsində baş verib. Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin iki yanğınsöndürən briqadası cəlb olunub. Yanğın lokallaşdırılıb. Yanğın zamanı mənzildə olan 1952-ci il təvəllüdlü Hüseynova Sürayə Duman qızı və 1973-cü il təvəllüdlü Hüseynov Xudaverdi Tofiq oğlud […]

Yeganə Nəbiyeva “Mingəçevir işıqları”na yeni il sevinci gətirdi

25 dekabr 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzinin (EHİM) təşkilatçılığı və “PAŞA Holding”in sponsorluğu ilə həyata keçirilən 2-ci “Rəqəmsal Jurnalistikaya doğru” proqramı uğurla başa çatıb. Proqramın bağlanışına həsr olunan onlayn görüşdə EHİM-in nümayəndələri, münsiflər heyətinin üzvləri, təlimçilər və proqrama qatılan jurnalistlər iştirak ediblər.Tədbirdə […]

İki universitet birlikdə ADNSU-nun 100 illik yubileyinə həsr olunan tədbir keçirib

Dekabrın 25-də Mingəçevir Dövlət Universitetinin (MDU) təşəbbüsü ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) 100 illik yubileyinə həsr olunan birgə tədbir keçirilib. Tədbirdə hər iki universitetin rektorları, professor-müəllim heyəti, o cümlədən hər iki universitetin Elmi Şurasının üzləri və tələbələr iştirak ediblər. Online formatda təşkil olunan tədbiri açan ADNSU-nun rektoru, professor Mustafa Babanlı, ilk növbədə, […]

Yevlaxda silahlı erməninin aşkar edilməsi barədə məlumat doğru deyil

Dünən bəzi sosial şəbəkələrdə Yevlax rayonunun Kövər kəndi ərazisində erməni milliyətinə məxsus silahlı şəxsin aşkar edilməsi barədə yayılmış videogörüntülər həqiqəti əks etdirmir. APA-nın Mingəçevir bürosunun məlumatına görə, bu barədə DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib. Məlumata görə, kənd sakinləri tərəfindən aşkar edilən şəxsin kimliyinin müəyyən edilməsi üçün Yevlax Rayon Polis Şöbəsində araşdırma aparılıb. Araşdırma zamanı həmin […]

Avropa İttifaqı və Ümumdünya Səhiyyə Təşkilatı COVID-19-la mübarizə üçün Azərbaycanın tibbi ləvazimatlar və qoruyucu vasitələrlə təmin olunmasına dəstək göstərir

Avropa İttifaqı (Aİ) və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19-a yoluxmuş ağır xəstələrin müalicəsində istifadə olunması üçün 52 xəstə monitoru, 258 nazal oksigen kanulu, 258 venturi maskasi, 123 ədəd pulsoksimetr, tibbi ləvazimatların ehtiyat hissələri, eləcə də tibb işçilərinə COVID-19 pandemiyası ilə təhlükəsiz mübarizə aparmaqda kömək məqsədilə 987 min cüt müayinə əlcəyini Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə təhvil […]