Azərbaycan Süni İntellekt üzrə Komitənin növbəti iclasında iştirak edib
Azərbaycan Avropa Şurası (AŞ) Nazirlər Komitəsinin təsis etdiyi Süni İntellekt üzrə Komitənin (CAHAI) 3-cü plenar iclasında iştirak edib. Onlayn formatda keçirilən tədbirdə ölkəmizi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzinin (EHİM) direktoru Fariz Cəfərov, həmçinin EHİM-in direktorunun süni intelekt üzrə müşaviri Günay Kazımzadə və EHİM-in mütəxəssisi […]