Browsing daily archive

Dekabr 13, 2020

Mingəçevir Dövlət Universitetində “Qarabağ Azərbaycandır!” mövzusunda tələbə elmi konfransı keçirilib

Mingəçevir Dövlət Universitetinin (MDU) İqtisadiyyat və idarəetmə fakültəsində Tələbə Elmi Cəmiyyətinin (TEC) “Qarabağ Azərbaycandır!” mövzusunda elmi konfransı keçirilib. “Microsoft Teams” platforması üzərindən online formatda keçirilən konfransı açan fakültənin dekanı, dosent Nüşabə Qədimli, ilk növbədə, konfrans iştirakçılarına MDU-nun rektoru Şahin Bayramovun salamlarını, müzəffər Ali Baş Komandanımızın rəhbərliyi və yenilməz Azərbaycan Ordusunun rəşadəti sayəsində 44 günlük Vətən […]

Goranboyda gizli fəaliyyət göstərən repetitor kursu aşkarlanıb

Xocalı rayon Polis Şöbəsinin əməkdaşları Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində inzibati ərazilərində xidmət aparan zamanı  Goranboy rayon Yenikənd kənd sakini Xalid Əmirova məxsus fərdi yaşayış evində  gizli şəkildə fəaliyyət göstərən repetitor kursu aşkarlayıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə  regional qrupundan APA-ya verilən məlumata görə, dərhal […]

“Məktəb-Valideyn Əməkdaşlığı Poqramı” uğurla yekunlaşdı

Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə IV Qrant müsabiqəsinin qalibi olmuş 7 saylı məktəbin “Məktəb-Valideyn Əməkdaşlığı Proqramı” adlı layihəsi başa çatıb. 12 dekabr 2020-ci ildə keçirilən bağlanış mərasiminə 1, 7, 9 və 12 saylı məktəbin bir qrup müəllim və valideyni qatılıb. Tədbirə toplaşanlar öncə şəhidlərimizi yad edib, İkinci Qarabağ Müharibəsində qələbəmizdən məmnunluqlarını bildiriblər. Layihə […]

Samrin Xanlayev: “Vətənimizin dilbər guşəsi olan Qarabağımızın çiçəklənməsi naminə əlimizdən gələni əsirgəməyəcəyik!”

Gəncə şəhərinin təşkilatçılığı ilə Azərbaycan Gənclərinin IX Forumunun növbəti Zona Toplantısı keçirilib. “Biz Birlikdə Güclüyük” şüarı ilə keçirilən toplantının rəsmi hissəsində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev, Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktorunun müavini Orxan Ərəbov, millət vəkilləri Naqif Həmzəyev və Müşfiq Cəfərov iştirak edib. 300 nəfərdən çox gəncin iştirakı ilə keçirilən […]

Yevlaxda avtoqəza zamanı ölən şəxsin kimliyi məlum olub

Fövqəladə Hallar Nazirliyi Yevlaxda baş verə qəza ilə bağlı məlumat yayıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytlına istinadən verdiyi məlumata görə, Yevlax şəhəri ərazisində “Mercedes” markalı yük avtomobili yol kənarında dayanmış “Mercedes” markalı yük avtomobilinə çırpılıb. Hadisə yerinə cəlb olunan Aran Regional Mərkəzinin xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1985-ci il təvəllüdlü Cabbarova Firuzə İsmayıl qızının meyitini […]

Mingəçevir Dövlət Universitetində Ulu Öndərin anım gününə həsr olunmuş elmi konfrans keçirilib

2020-ci ilin 12 dekabr tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım gününə həsr olunmuş “Heydər Əliyev müasir Azərbaycan dövlətinin banisi, müstəqilliyimizin rəmzidir” mövzusunda elmi konfrans keçirilib. “Microsoft Teams” platforması üzərindən online formatda keçirilən konfransı giriş sözü ilə açan MDU-nun rektoru Şahin Bayramov, ilk növbədə, müzəffər Ali Baş Komandanımızın rəhbərliyi və […]