Zəfər Günü noyabrın 8-də – Şuşanın azad olunduğu gündə qeyd olunacaq
Azərbaycan Respublikası Prezidentinin Administrasiyası məlumat yayıb. Məlumatda deyilir: “Ermənistanın ardıcıl təxribatları və hərbi təcavüzünə cavab olaraq 2020-ci il sentyabrın 27-də Azərbaycan xalqı Ermənistanın otuz ilə yaxın davam edən işğalçılıq siyasətinə son qoymaq və torpaqlarımızı düşmən tapdağından azad etmək uğrunda Vətən müharibəsinə qalxmışdır. 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan xalqı tarixi qələbə qazanmış, ölkəmizin […]