Prezident Məkkədən gətirdiyi “Qurani-Kərim”i Ağdam məscidinə bağışladı
Noyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Ağdam şəhərində olublar. Ağdama gedən yolda avtomobili özü idarə edən Prezident İlham Əliyev dedi: -Baxın, düşmənin müdafiə xətti. Ağdam şəhərinə qədər düşmənin bir neçə müdafiə xətti var idi, baxın. İndi biz işğaldan azad edilmiş torpaqlara keçirik. […]