Browsing monthly archive

Noyabr 2020

Mingəçevir Dövlət Universiteti Çində keçirilən konfransda təmsil olunub

2020-ci ilin 27 noyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov “Kəmər və Yol Universitetləri Alyansı”nın (University Alliance of the Belt and Road – UAB&R) növbəti konfransında iştirak edib. Çin Xalq Respublikasının Lanzhou Universiteti (Lanzhou University) və Qansu Əyalətinin Təhsil Departamenti tərəfindən birgə təşkil olunan tədbirə 17 ölkədən 60-ya yaxın universitetin rektorları qatılıb. Həm […]

Böyük Qələbənin sonsuz sevinci

Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov və Pedaqoji fakültənin dekanı Nizami Zeynalovun “Azərbaycan” qəzetinin 26 noyabr 2020-ci il buraxılışda məqaləsi dərc olunub. http://www.azerbaijan-news.az/uploads/1606338441.pdf #MDU #MSU #MingəçevirDövlətUniversiteti #MingachevirStateUniversity #Qələbə #QələbəSevinci #KarabakhisAzerbaijan #QarabağAzərbaycandır

Mingəçevir Dövlət Universitetində tədris prosesi uğurla davam etdirilir

“Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər barədə” Nazirlər Kabinetinin 29 oktyabr 2020-ci il tarixli Qərarına əsasən hazırda Mingəçevir Dövlət Universitetində (MDU) tədris prosesi məsafədən təşkil olunub. Universitetdə bakalavriat və magistratura səviyyələri üzrə tədris bütövlükdə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin müvafiq dəstəyi ilə təqdim olunan “Microsoft Teams” […]

Yevlaxda oğurluq edən qrup üzvləri saxlanılıb

Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində noyabr ayında şirkətə məxsus təmir-tikinti alət və avadanlıqları oğurlayan şəxslər saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan APA-ya verilən xəbərə görə, noyabrın 18-də Yevlax RPŞ-yə “Kaskad Hidro” şirkətinə məxsus 6000 manat dəyərində təmir-tikinti alət və avadanlıqlarının oğurlanması barədə məlumat verilib. Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən […]

Mingəçevir Dövlət Universitetində “Turizmdə dərketmə” mövzusunda təlim keçirilib

2020-ci ilin 25 noyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) təşkilatçılığı ilə “Turizmdə dərketmə” mövzusunda təlim keçirilib. “ZOOM” platforması üzərindən online formatda təşkil edilən təlim MDU ilə Şəki Dövlət Regional Kolleci arasında əməkdaşlıq çərçivəsində reallaşdırılıb. Təlimçilər qismində MDU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin dekan müavini Xəlil Xəlilov, Şəki Dövlət Regional Kollecinin müəllimi, turizm sahəsində mütəxəssis Araz Alıbəyov […]

Azərbaycan Ordusunun bölmələri Kəlbəcər rayonuna daxil olub

Azərbaycan Respublikası, Rusiya Federasiyası  Prezidentləri və  Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli Bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri noyabrın 25-də Kəlbəcər rayonuna daxil olub. Müdafiə Nazirliyinin yaydığı məlumata görə, bölmələrimizin bu istiqamətdə hərəkətini təmin etmək məqsədilə mühəndis işləri başa çatdırılıb, qoşunların hərəkət marşrutu üzrə çətin keçilən dağ yolları minalardan təmizlənir və istifadəyə hazır vəziyyətə gətirilir. Müdafiə […]

Mingəçevirdə COVİD-19 xəstəsinə cinayət işi açılıb

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, koronavirus testinin nəticəsi pozitiv çıxan şəhər sakini Ş.Əhmədovaya ev şəraitində müalicə təyin edilsə də o, özünütəcrid qaydalarını pozaraq, yaşadığı ünvanı tərk edib. Əraziyə həkim briqadası dəvət olunub və Ş.Əhmədova yaşadığı ünvana geri qaytarılıb. Koronavirus infeksiyasına yoluxduğuna görə ev şəraitində müalicə almalı olduğu halda küçəyə və ictimai […]

Mingəçevir Dövlət Universiteti və Almaniyanın Siegen Universiteti arasında birgə layihənin icrasına start verilib

2020-ci ilin 23 noyabr tarixində Mingəçevir Dövlət Universiteti (MDU) və Almaniyanın Siegen Universiteti (University of Siegen) arasında “Sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsi” mövzusunda birgə layihənin icrasına start verilib. Layihə çərçivəsində ilk təlimin 23-27 noyabr tarixlərində, ikinci təlimin isə 30 noyabr – 4 dekabr tarixlərində keçirilməsi nəzərdə tutulub. “ZOOM” platforması üzərindən online formatda təşkil edilən təlimlərin açılış […]