Browsing daily archive

Noyabr 22, 2020

Goranboyda baş vermiş avtoqəza zamanı bir nəfər xəsarət alıb

Goranboy rayonunda yol qəzası baş verib. APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Goranboy-Zeyvə yolunda qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində 1981-ci il təvəllüdlü Zeyvə kənd sakini Rzayev Şahlar Şahmar oğlu müxtəlif bədən xəsarətləri alıb. Ətrafdakıların köməyi ilə yaralı xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Mingəçevir Dövlət Universitetində turizm mövzusuna həsr olunan birgə layihənin ikinci modul təlimi keçirilib

2020-ci ilin 21 noyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) təşkilatçılığı, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin dəstəyi, Azərbaycan Turizm və Menecment Universitetinin, Mingəçevir Turizm Kollecinin tərəfdaşlığı ilə icra olunan “Turizm sahəsi üzrə kadr hazırlığında yeni çağırışlar: təcrübə və karyera imkanları” mövzusunda birgə layihənin II modul təlimi keçirilib. “ZOOM” platforması üzərindən online formatda təşkil edilən təlimi açan MDU rektorunun müşaviri Hamiz Mahmudov, ilk növbədə, iştirakçılara […]