Browsing daily archive

Noyabr 20, 2020

Şanlı bayrağımızın Ağdamda dalğalanması fəxarət hissi yaradır

    Bakı, 20 noyabr, AZƏRTAC 27 illik həsrətdən sonra Ağdam rayonunun erməni işğalından azad edilməsi müzəffər Ali Baş Komandanımızın qətiyyəti və yenilməz Azərbaycan Əsgərinin rəşadəti sayəsində mümkün olub. Bu, 44 gün davam edən, Azərbaycanın tarixi qələbəsi və düşmən ölkənin faktiki kapitulyasiyası ilə başa çatan Vətən Müharəbəsindən sonra diplomatik müstəvidə qazandığımız növbəti zəfərin göstəricisidir. Bu gün Ağdamda […]

Avropa Ali Təhsil Məkanına qoşulmuş ölkələrin növbəti nazirlər konfransı keçirilib

Təhsil Nazirliyi Noyabrın 19-da Avropa Ali Təhsil Məkanına (EHEA) üzv ölkələrin onlayn formatda növbəti nazirlər konfransı keçirilib. Tədbirdə EHEA-ya qoşulmuş 48 ölkənin təhsil nazirləri, o cümlədən Azərbaycan Respublikasının təhsil naziri Emin Əmrullayev  iştirak və çıxış edib. Emin Əmrullayev çıxışında ölkəmizdə ali təhsil sahəsində həyata keçirilən islahatlar və son dövr ərzində bu yöndə əldə olunan uğurlardan […]

Mingəçevir Dövlət Universitetinin Vətən Müharibəsində iştirak etmiş əməkdaşlarının ailələri ziyarət edilib

2020-ci ilin 19 noyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Həmkarlar İttifaqı Komitəsinin bir qrup üzvü Vətən Müharibəsində iştirak etmiş universitet əməkdaşlarından “Mexanika” kafedrasının müdiri Mahir İsmayılov, “Riyaziyyat” kafedrasının müəllimi Rövşən Babayev, “Mexanika” kafedrasının müəllimi Qaragöz Kərimov və texniki işçi Asim Misirzadənin ailələrini ziyarət ediblər. Görüşlərdə müzəffər Ali Baş Komandanımızın rəhbərliyi və yenilməz Azərbaycan Ordusunun rəşadəti […]

Mingəçevir Dövlət Universitetində professor-müəllim heyəti ilə görüş keçirilib

2020-ci ilin 18 noyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov “İqtisadiyyat və idarəetmə”, “Pedaqoji” və “Mühəndislik” fakültələrinin professor-müəllim heyəti ilə görüşüb. “Microsoft Teams” platforması üzərindən online formatda keçirilən görüşdə rektor, ilk növbədə, müzəffər Ali Baş Komandanımızın qətiyyəti və yenilməz Azərbaycan Ordusunun rəşadəti sayəsində xalqımızın tarixinə qızıl hərflərlə həkk olunan şanlı qələbənin əldə edilməsi […]

Ordumuz Ağdama Azərbaycan Bayrağını sancdı

Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin imzaladığı 3 tərəfli Bəyanata əsasən noyabrın 20-də Ağdam rayonuna daxil olan Azərbaycan Ordusunun bölmələri ərazidə bir sıra tədbirləri həyata keçirib. Qoşunlarımızın bu istiqamətdə təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə ərazilər gecə saatlarında minalardan təmizlənib, mühəndis-istehkam işləri başa çatdırılıb, hərəkət marşrutu üzrə yollar istifadəyə hazır vəziyyətə […]

2020-ci ilin ötən dövrü ərzində 8 müdafiə mövqeyində yeni əsgəri-məişət kompleksi tikilib

Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Naxçıvan Qarnizonu Qoşunlarında hərbi təyinatlı obyektlərin tikintisi, şəxsi heyətin xidməti və mənzil-məişət şəraitinin yaxşılaşdırılması tədbirləri 2020-ci ilin ötən dövrü ərzində də uğurla davam etdirilib. Əlahiddə Ümumqoşun Ordunun birləşmə və hissələrində, hərbi şəhərciklərində yeni binalar inşa olunub, istirahət parkları salınıb, hərbi obyektlərdə əsaslı və cari təmir işləri aparılıb. Hər tərəfdən dağ […]

Mingəçevirdən Ağdama 13400 məcburi köçkün qayıdacaq

Mingəçevirdə 13400 nəfər ağdamlı məcburi köçkün məskunlaşıb. Ağdam Rayon İcra Hakimiyyətinin Mingəçevir üzrə səlahiyyətli nümayəndəsi Rafiq Muxtarov APA-ın Mingəçevir bürosuna bildirib ki, ağdamlı məcburi köçkünlərin əksəriyyəti şəhərdə inşa olunmuş yeni müasir şəhərciklərdə yerləşdirilib. Onlar burada 14 orta ümumtəhsil, 1 musiqi məktəbi, də 3 tibb məntəqəsi ilə təmin olub. “Şəhərdə məskunlaşmış ağdamlılar doğma torpaqlarına dönməyi səbirsizliklə gözləyirlər. 3500 […]

İlham Əliyev: “Mən bu gün Ağdamın azad olunması xəbərini xalqıma böyük qürur hissi ilə çatdırıram, bu müjdəni verirəm”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib. Müraciətdə deyilir: -Əziz həmvətənlər. Mən sizi Ağdam rayonunun işğaldan azad olunması münasibətilə ürəkdən təbrik edirəm. Bütün ağdamlıları ürəkdən təbrik edirəm. Əziz ağdamlılar, siz artıq köçkün deyilsiniz. Siz doğma dədə-baba torpağınıza qayıdacaqsınız. Ağdam rayonunun işğaldan azad olunması noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın nəticəsidir. Mən dəfələrlə demişdim ki, Ermənistan-Azərbaycan […]

Gəmi üçün  verilmiş gəmi bileti və texniki talonun itməsi barədə elan

Fövqəladə Hallar Nazirliyi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Yevlax rayonu Varvara kənd sakini Qəhrəmanov Zəfər Səməd oğluna AAA6118 bort nömrəli diyi üçün etibarsız sayılır. Fövqəladə Hallar Nazirliyi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Yevlax rayonu Varvara kənd sakini Qəhrəmanov Zəfər Səməd oğluna AAA6118 bort nömrəli gəmi üçün  verilmiş […]

Azərbaycan Ordusunun bölmələri Ağdama daxil oldu

Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin imzaladığı 3 tərəfli Bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri noyabrın 20-də Ağdam rayonuna daxil olub. Ağdam 1993-cü il iyulun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. Qarabağın mərkəzində yerləşən Ağdamın 846,8 kv.km-i, yəni 77,4%-i, bir şəhər və 80 kəndi ermənilərin […]