Browsing daily archive
Noyabrın 12-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan, Rusiya Prezidentləri və Ermənistanın baş nazirinin birgə bəyanatına əsasən əməliyyat zonasında yerləşdiriləcək Rusiya sülhməramlı qüvvələrinin komandanı general-leytenant Rüstəm Muradov ilə görüşüb. Görüşdə sülhməramlı missiyanın təşkili və həyata keçirilməsi məsələləri müzakirə edilib.
“Eko-TES” Ekoloji Tədqiqatlar və Maarifçilik ictimai birliyi bu günlərdə Azərbaycan Respublikası Prezidentinin yanında QHT -lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Ətraf mühitin qorunması mövzunda seminarların təşkili” adlı layihəsini uğurla başa vurub. Məqsəd telekanalllar vasitəsi ilə ətraf mühitin qorunmasına və mövcud problemlərə diqqəti çəkmək, geniş əhali kütləsinin bu sahədə fəallığının artırılması yollarını araşdırmaq […]