Browsing daily archive

Noyabr 8, 2020

Cəbhənin Xocavənd istiqamətində düşmən bəzi mövqeləri ataraq qaçır

Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Azərbaycan Ordusunun cəbhənin Xocavənd istiqamətində keçirdiyi hücum əməliyyatı nəticəsində düşmənə ağır zərbələr endirilib. Cəbhənin bu istiqamətində düşmənin mövqelərinə atəşlə zərər vurulub. Ağır itkilər verən düşmən bəzi hədləri ataraq qaçıb. Həmin anları əks etdirən videogörüntüləri təqdim edirik.

Prezident İlham Əliyev Türkiyənin xarici işlər və milli müdafiə nazirlərini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 8-də Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlunu və milli müdafiə naziri Hulusi Akarı qəbul edib. Qonaqları salamlayan Prezident İlham Əliyev dedi: -Xoş gəlmisiniz, əziz qonaqlar. Bildiyiniz kimi, bu gün xalqımız üçün çox əziz bir gündür, tarixi bir gündür. Bu gün Şuşa şəhərinin azad edilməsi günüdür. Belə bir gündə bizimlə bərabər […]

Cəbhənin Xocavənd istiqamətində düşmənin yüksək vəzifəli şəxsləri məhv edilib

Noyabrın 8-i saat 14:00 radələrində cəbhənin Xocavənd istiqamətində Ermənistan silahlı qüvvələrinin ön idarəetmə məntəqəsinə hava zərbələri endirilib. Azərbaycan Hərbi Hava Qüvvələrinin Su-25 həmlə təyyarəsi və PUA-nın tətbiqi ilə endirilən aviasiya zərbələri nəticəsində düşmənin səngər və sığınacaqları dağıdılıb, yüksək vəzifəli şəxsləri məhv edilib.

Şuşa işğaldan azad olundu (Yenilənib)

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri Xiyabana və Şəhidlər Xiyabanına gəlib, ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin məzarlarını ziyarət ediblər. Prezident  “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub. Bundan sonra ölkə başçısı xalqa müraciət edib. O, bildirib ki, Şuşa işğaldan azad olunub. Xalqa müraciət edən Azərbaycan Prezidenti İlham Əliyev çoxdan […]

Şuşa: Qarabağın döyünən ürəyi

Azərbaycan bununla bağlı şərh verməsə də, Ermənistan döyüşlərin Şuşa meşələrində, ətrafında və dərələrdə getdiyini bildirib. Şuşa 1992-ci ildə erməni silahlı qüvvələri tərəfindən işğal edilib. O vaxtdan bəri bu işğal ermənilər üçün “böyük qələbə”, azərbaycanlılar üçün “ən ağır itki” sayılıb. Azərbaycan xalqı Şuşanı özünə milli simvol seçib və bura Azərbaycanda mədəniyyətin əsas beşiyi hesab edilir. Tarixi […]

Cəbhədə noyabrın 8-nə olan son vəziyyət

Noyabrın 7-si gün ərzində və 8-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin mövqelərini və yaşayış məntəqələrimizi müxtəlif atıcı silahlar, top və minaatanlardan atəşə tutub. Döyüş əməliyyatları müxtəlif intensivlikdə əsasən cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində davam edib. Sutka ərzində cəbhənin əsas istiqamətlərində düşmənə ciddi zərbələr vurulub. Cəbhənin bəzi […]