Browsing daily archive

Noyabr 5, 2020

Bu tələbələrin təhsil haqqını Gənclər Fondu ödəyəcək

İşğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda Vətən Müharibəsinin və COVİD-19 pandemiyası ilə gərgin mübarizənin davam etdiyi bu günlərdə də vətəndaşlarımızın, o cümlədən gənclərin təhsil, inkişaf, sosial rifah məsələlərini diqqət mərkəzində saxlayan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq göstərişinə əsasən Gənclər Fondu sosial müdafiəyə xüsusi ehtiyacı olan istedadlı gənclərin təhsil xərclərinin maliyyələşdirilməsi üzrə müsabiqə elan […]

Düşmənin Tonaşendəki hərbi infrastrukturu dağıdılıb

Müdafiə Nazirliyinin yaydığı məlumata görə, cəbhənin Tərtər istiqamətində Azərbaycan Ordusunun bölmələri tərəfindən həyata keçirilən əməliyyat nəticəsində düşmənin hərbi infrastrukturuna ciddi ziyan vurulub. Düşmənə endirilən artilleriya zərbələri ilə Ermənistan silahlı qüvvələrinin 10-cu dağatıcı diviziyasının Tonaşen kəndində yerləşən 7-ci dağatıcı alayının qərargahı, əsgər kazarmaları, sursatla dolu avtomobil texnikaları və digər hərbi infrastrukturu dağıdılıb.

ABŞ Seçkiləri 2020

VAŞINQTON – Bir neçə ştatda koronavirus pandemiyası üzündən çox sayda poçtla göndərilən səslər sayıldığı bir vaxtda ABŞ prezident seçkilərinin yekun qalibi qeyri-müəyyən qalır. Prezident Donald Tramp və onun Demokrat rəqibi Co Bayden qələbələri öncədən gözlənilən ştatlarda qalib gələrək Ağ Evə yiyələnmək üçün elektoral səslər toplayıblar. ABŞ seçki sisteminə əsasən ştatlar əhaliyə müvafiq olaraq müəyyən sayda […]

Ayaqyalın qaçan uşaqlar tank üstündə qayıtdılar

Azərbaycan Ordusnun uğurlu əks-hücum əməliyyatına başlamasından 40 gün ötür. Bu müddət ərzində Azərbaycan Ordusu müharibə tarixlərinə düşəcək yeni bir səhifə açdı. Day.Az  Trend-ə istinadən xəbər verir ki, düşmənə ciddi zərbələr vuran ordumuz torpaqlarımızı işğaldan azad etməkdə davam edir. Bu günə olan məlumata əsasən artıq 2618 kv. kilometr ərazi işğaldan azad olunub (ümumi 12088 kv. kilometrdən). Bu […]

Ermənistan dövlət sərhədində atəşkəs rejimini pozub

Müdafiə Nazirliyinin verdiyi məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini minaatan və atıcı silahlardan yenə atəşə tutub. Noyabrın 4-ü axşam saatlarından başlayaraq 5-i saat 04:50-dək Ermənistanın Berd, Çəmbərək və Vardenis rayonları istiqamətindən Azərbaycanın Tovuz, Gədəbəy və Daşkəsən rayonlarında yerləşən hərbi bölmələrimizin mövqeləri düşmən tərəfindən fasilələrlə atəşə tutulub. Noyabrın […]

Cəbhədə noyabrın 5-nə olan son vəziyyət

Müdafiə Nazirliyinin məlumatına görə, noyabrın 4-ü gün ərzində və 5-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin mövqelərini və yaşayış məntəqələrimizi müxtəlif atıcı silahlar, top və minaatanlardan atəşə tutub. Döyüş əməliyyatları müxtəlif intensivlikdə əsasən cəbhənin Ağdərə və Xocavənd istiqamətlərində davam edib. Düşmən cəbhənin bəzi sahələrində şəxsi heyət və hərbi texnikada […]

Mingəçevir Dövlət Universiteti Elmi Şurasının növbəti iclası keçirilib

2020-ci ilin 4 noyabr tarixində Mingəçevir Dövlət Universiteti (MDU) Elmi Şurasının növbəti iclası keçirilib. “Microsoft Teams” platforması üzərindən online formatda keçirilən iclası açan MDU-nun rektoru Şahin Bayramov, ilk növbədə, Ali Baş Komandanımızın rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun əldə etdiyi şanlı qələbələr münasibətilə iclas iştirakçılarını təbrik edib və işğal altında olan bütün torpaqlarımızın tezliklə azad olunacağına […]

Mingəçevir Dövlət Universitetinə yüksək balla qəbul olan tələbələrlə görüş keçirilib

2020-ci ilin 3 noyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov universitetə müvafiq ixtisaslar üzrə ən yüksək balla, eləcə də, 500-dən yuxarı balla qəbul olan birinci kurs tələbələri ilə görüşüb. “Microsoft Teams” platforması üzərindən onlayn formatda keçirilən görüşdə rektor Ş.Bayramov, ilk növbədə, Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun əldə etdiyi şanlı qələbələr […]