Browsing daily archive

Noyabr 2, 2020

Düşmənin canlı qüvvəsi məhv edilib

Düşmənin daimi dislokasiya məntəqəsi, səngər və atəş mövqelərində yerləşən canlı qüvvəsi dəqiq zərbələrlə məhv edilib.Eyni zamanda Qırmızı Bazar istiqamətində düşmənin qərargahı da atəşə məruz qalıb.Bu barədə Müdafiə Nazirliyi yeni videogörüntü yayıb.

Müzəffər Ordumuzun qələbə əzmli əsgərləri Naxçıvanımızın müdafiəsində cəsarətlə dayanıblar

Sentyabrın 27-dən Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatlara cavab olaraq cəbhə boyu uğurlu əks-hücum əməliyyatına başlayan Azərbaycan Ordusu döyüş meydanında öz sözünü deyir və xalqımıza qələbə sevinci yaşadır. Bu gün Ordumuz zəfər dolu əks-hücum əməliyyatını davam etdirərkən havadan və qurudan Naxçıvan Muxtar Respublikasının müdafiəsini təmin edən Əlahiddə Ümumqoşun Ordunun bölmələri ayıq-sayıq döyüş növbətçiliyi aparırlar. Güclü müdafiə […]

Səkkiz kəndimiz işğaldan azad olundu

Prezident Tvit paylaşdı: Müzəffər Azərbaycan Ordusu Cəbrayıl rayonunun Çaprand, Hacı İsaqlı, Qoşa Bulaq, Zəngilan rayonunun Dərə Gilətağ, Böyük Gilətağ, Qubadlı rayonunun İşıqlı, Muradxanlı, Milanlı kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!

Düşmənin 4 ədəd “Qradı” məhv edilib

Noyabrın 2-si saat 00:30-dan 02:25-dək cəbhənin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinin 4 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi bölmələrimizin tərəfindən məhv edilib. Bu barədə Müdafiə Nazirliyi videogörüntü yayıb.