Browsing daily archive

Oktyabr 30, 2020

Azərbaycan və Amerika Birləşmiş Ştatlarının çox güclü tərəfdaşlıq münasibətləri var

30 ilə yaxın idi ki, Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlayırdı. Bu azmış kimi elə həmin vaxtdan ermənilər yurdumuzun sərhəd bölgələrini dayanmadan atəşə tutmaqla dinc əhalinin rahatlığını pozur, dağıntılar yaradır, vətəndaşları qətlə yetirirdilər. Bununla bağlı dünya dövlətlərinə dəfələrlə bəyanatlar verilib, Minsk qrupunun həmsədr dövlətləri ilə danışıqlar zamanı məələ qaldırılıb. Lakin onlar dayanmır, işğalçılıq əməllərini genişləndirmək […]

Mingəçevir Dövlət Universitetinin rektoru “Əsgərə Məktub” layihəsində iştirak edib

2020-ci ilin 20 oktyabr tarixində Mingəçevir Regional “ASAN Xidmət” mərkəzində “Asan Könüllüləri” təşkilatının təşkilatçılığı ilə “Əsgərə Məktub” layihəsinə start verilib . Layihədə Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov, universitetin əməkdaşları və tələbələri, Mingəçevir Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli və “Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin direktoru Tural Kərimov da iştirak edərək Azərbaycan əsgərinə mənəvi […]

Prezident İlham Əliyev: “Heç vaxt Azərbaycan ərazisində ikinci Ermənistan dövlətinin yaradilmasina icazə verilməyəcək”

Azərbaycanın işğal altında qalan torpaqlarını geri alması məqsədi ilə düşmən dövlətin hücumlarına adekvat cavab verərək məğlubiyyətə uğratması dünyanın diqqət mərkəzindədir. Sabah bir ayı tamam olacaq Vətən müharibəsi uğrunda döyüşlərdə Azərbaycan Ordusu böyük qələbələr əldə etmiş, bir cox şəhər, qəsəbə və kəndləri azad edərək Azərbaycan Bayrağını həmin ərazilərdə göylərə ucaltmışdır. Bütün bunlar xalqımızı qürurlandırır, dövlətimizin başçısına […]

Noyabrın 2-dən tədris və təlim-tərbiyə prosesi distant (məsafədən) formada həyata keçiriləcək

Ölkədə sanitar-epidemioloji vəziyyəti nəzərə alaraq Nazirlər Kabinetinin təhsilin təşkilinə dair Qərarı imzalanıb. Qərarda deyilir: 1. Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün təhsil müəssisələrində 2020-ci il 2 noyabr tarixindən tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili təmin edilsin. 2. Müəyyən edilsin ki, bu Qərarın qüvvədə olduğu müddətdə sanitar-epidemioloji vəziyyətlə bağlı Azərbaycan Respublikasının […]

İzmirdə 6,6 bal gücündə zəlzələ baş verib

Bu gün Türkiyənin İzmir şəhərinin Seferihisar rayonunun sahilində 6,6 bal gücündə zəlzələ olub. Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Məlumata görə, yeraltı təkanın ocağı 16,54 km dərinlikdə olub. Zəlzələ Bakı vaxtı ilə 15:54-də baş verib. Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu İzmirin Bornova və Bayraklı rayonlarında zəlzələ nəticəsində 6 binanın […]

Bərdə və Tərtər şəhərlərini atəşə tutan düşmənə məxsus daha 2 “Smerç” bu gün məhv edilib

ərdə və Tərtər şəhərlərində dinc əhalini və mülki infrastrukturu atəşə tutan Ermənistan silahlı qüvvələrinə məxsus növbəti 2 ədəd “Smerç” yaylım atəşli reaktiv sistemlərinin tutduğu mövqelər bölmələrimiz tərəfindən aşkar edilib. Oktyabrın 30-u saat 12:55 və saat 14:18 radələrində bölmələrimizin dəqiq atəşi ilə düşmənin 2 ədəd “Smerç” yaylım atəşli reaktiv sistemləri məhv edilib. Reaktiv sistemlərin məhv edildiyi […]

Azərbaycan Ordusu Cəbrayılın, Zəngilanın və Qubadlının 9 kəndini işğaldan azad edib

Müzəffər Azərbaycan Ordusu Cəbrayıl rayonunun Xudaverdili, Qurbantəpə, Şahvələdli, Xubyarlı, Zəngilan rayonunun Aladin, Vejnəli, Qubadlı rayonunun Kavdadıq, Məmər, Mollalı kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır! Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün “Twitter” hesabında bildirib.