Browsing daily archive

Oktyabr 29, 2020

Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında

Ermənistan Respublikası silahlı qüvvələrinin 2020-ci il sentyabrın 27-də törətdiyi növbəti hərbi təxribata cavab olaraq, Azərbaycan Respublikasının Silahlı Qüvvələri əks-hücum əməliyyatlarına başlamış və Azərbaycan Respublikasının bir neçə rayonunu, eləcə də strateji əhəmiyyətli digər ərazilərini işğaldan azad etmişlər. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin işğal olunmuş ərazilərin azad edilməsi istiqamətində uğurlu əməliyyatları davam etməkdədir. İşğaldan azad olunmuş ərazilərdə müvəqqəti […]

Dağlıq-Qarabağ münaqişəsi: BQXK döyüşlərdə həlak olmuş kombatantların cəsədlərinin təhvilinə dəstək göstərdi

Bu gün həyata keçirilmiş əməliyyat tərəflərin razılığı əsasında baş tutdu. Təhvilvermə Azərbaycanla Ermənistan arasındakı dövlət sərhədində keçirildi. BQXK, bu humanitar əməliyyatda neytral vasitəçi qismində çıxış edib. Bundan əlavə, münaqişə ilə əlaqədar saxlanılmış iki mülki şəxsin təhvili barəsində də razılıq əldə edilmişdi. BQXK-nın köməkliyi ilə bir yaşlı qadın Gürcüstan vasitəsilə Azərbaycandan Ermənistana dünən təhvil verildi. Yaşlı […]

PKK terror təşkilatının işğal olunan Azərbaycan torpaqlarında hərbi bazalar qurduğu və Ermənistanın təşəbbüsü ilə Azərbaycana qarşı vuruşduğu barədə əsaslı məlumatlar var

Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının İnsan hüquqlarını pozan və xalqların öz müqəddəratını təyinetmə hüququnu həyata keçirməyə mane olan vasitə kimi Muzdlulardan istifadə üzrə İşçi Qrupun sədri Kris M. A. Kvacaya müraciət ünvanlayıb. Bu barədə mətbuata Fondun prezidenti Umud Mirzəyev məlumat verib. Müraciətdə Ermənistanın Azərbaycana qarşı müharibədə qanunsuz olaraq muzdlulardan istifadəsinin qınanılmasına və bu kimi halların […]

“Azərbaycanlılar niyə Qarabağa, evlərinə qayıtmaq istəyir”

Böyük Britaniyadan olan beynəlxalq media mütəxəssisi Dan Meyson “Azərbaycanlılar niyə Qarabağa – evlərinə qayıtmaq istəyir?” adlı məqalə ilə çıxış edib. Analitik təhlil xarakterli məqalədə daha çox Azərbaycanın Qarabağ müharibəsindən sonra real həyatı əks olunub. Meysonun “Azərbaycan dilində heç bir söz Qarabağ qədər ağrı və duyğu ilə yüklənməyib” – deyə qeyd etdiyi yazısında Azərbaycan həqiqətləri bir […]

Cəbhədə oktyabrın 29-na olan son vəziyyət

Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 28-i gün ərzində və 29-na keçən gecə cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və yaşayış məntəqələrimizi müxtəlif silahlardan, o cümlədən artilleriya və raketlərdən atəşə tutub. Döyüş əməliyyatları əsasən cəbhənin Xocavənd, Füzuli və Qubadlı istiqamətlərində davam edib. Düşmənin hücum etmək cəhdlərinin qarşısı qətiyyətlə alınıb. Cəbhənin müxtəlif istiqamətlərində Ermənistan silahlı […]