Browsing daily archive

Oktyabr 15, 2020

Haqq, tarixi həqiqət, beynəlxalq hüquq Azərbaycanın tərəfindədir

Sentyabrın 27-də ermənilərin ölkəmizin sərhəd bölgələrinin müxtəlif istiqamətlərdən silahlı hücuma məruz qalması nətisəcində dövlətimiz qurbanlar verib, mülki əhali arasında da ölənlər və yaralananlar var. Düşmənin hər bir həmləsi zamanı Azərbaycan itkilərə məruz qalır. Yaralanan əsgərin yarası hər bir azərbaycanlının yarasıdır. Vətən uğrunda gedən döyüşlərdə müxtəlif xəsarətlər alan əsgərlərə həkimlər yaxşı baxacaq, əllərindən gələni edəcək və gənclərimiz […]

Prezident İlham Əliyev qəti və məntiqli diplomatik gedişlərlə regionun geo-siyasi mənzərəsini dəyişir

Sentyabrın 27-də erməni silahlı birləşmələrinin müxtəlif istiqamətlərdən Azərbaycanın sərhəd bölgələrinin silahlı hücumuna Azərbaycan Ordusunun adekvat cavab verməsini düşmən gözləmirdi. İllər boyu atyəşkəs reliminə əhəmiyyət vermədən sərhədlərimizə açdıqları atəşlər cavabsız qalmasa da bu dəfə Ordumuzun şəxsi heyəti düşmənə layiqli cavabını verməklə öz gücünü göstərdi. Əlbəttə, Azərbaycanın bu cür əks həmləsini düşmən və onun havadarları güman edə […]

Dağlıq Qarabağ mübahisəli torpaq deyil, Azərbaycanın əbədi, əzəli və beynəlxalq hüquq tərəfindən tanınmış tarixi torpağıdır

Azərbaycan torpaqlarının 20 faizi 30 ilə yaxındır ki, Ermənistan tərəfindən işğal altında saxlanılır. Düşmən doxsanıncı illərdə dayanmadan ölkəmizin Dağlıq Qarabağ bölgəsində və ətraf rayonlarda dəfələrlə təxribatlar, terrorlar, yanğınıar törətməklə torpaqlarımızı işğal edib, 1 milyona yaxın insan yurd yerindən məcburi köçkün düşüb. Ötən illər ərzində Minsk Qrupunun həmsədrliyi ilə danışıqlar aparılsa da, dövlətimizin yalnız bir və […]

Mingəçevir Dövlət Universitetinin kafedra müdiri Azərbaycanın haqq mübarizəsində iştirak edir

Azərbaycanın tarixi torpaqlarının düşmən işğalından azad olunması istiqamətində aparılan Vətən müharibəsinə Mingəçevir Dövlət Universitetinin (MDU) bir neçə əməkdaşı və məzunu da qoşulub. MDU-nun Həmkarlar İttifaqı Komitəsinin (HİK) üzvləri MDU-nun kafedra müdirinin ailə üzvlərini ziyarət ediblər. Görüşdə Ali Baş Komandanın rəhbərliyi ilə həyata keçirilən uğurlu hərbi əməliyyatların xalqımız tərəfindən böyük sevinclə qarşılandığı qeyd olunub. Hazırda yaşından, […]

Mingəçevir Dövlət Universitetinin əməkdaşları və tələbələri düşmənlə informasiya müharibəsində fəal iştirak edirlər

Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup gənc əməkdaşı və tələbəsi birgə təşəbbüslə Vətən müharibəsi çərçivəsində düşmənlə informasiya mübarizəsində fəal iştirak edirlər. Əsas məqsəd işğalçı Ermənistan tərəfindən yayılan saxta və təxribatçı məlumatların qarşısının alınması, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması işinə töhfə verməkdir. Belə ki, MDU kollektivinin fəal üzvləri sosial şəbəkələrdə işğalçı ölkənin insanlığa qarşı yönələn müharibə […]

Mingəçevir Dövlət Universiteti Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna vəsait köçürüb

Mingəçevir Dövlət Universitetinin (MDU) Elmi Şurasının müvafiq qərarı ilə MDU tərəfindən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna 15 min manat vəsait köçürülüb. Cari ilin 27 sentyabr tarixindən başlayaraq Azərbaycan Silahlı Qüvvələrinin erməni hərbi birləşmələrinin növbəti hərbi təxribatına qarşı həyata keçirdiyi uğurlu əməliyyatlar MDU-nun professor-müəllim, inzibati-texniki və tələbə heyəti tərəfindən böyük sevinclə qarşılanır. Ali Baş Komandanımızın […]

“Azərbaycan Ordusu Füzuli, Cəbrayıl və Xocavənd rayonlarının bir neçə kəndini işğaldan azad edib”

Rəşadətli Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Arış, Cəbrayıl rayonunun Doşlu, Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Çıraquz kəndləri işğaldan azad edilib. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır! Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün rəsmi “Twitter” səhifəsində yazıb.