Browsing daily archive

Oktyabr 5, 2020

Sumqayıt Texnologiyalar Parkı Silahlı Qüvvələrə Yardım Fonduna 100 min manat köçürüb

Sumqayıt Texnologiyalar Parkı Azərbaycan Ordusuna dəstək məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna 100 min manat vəsait köçürdüb. Müəssisədən bildirilib ki, “Ordumuzun bütün əsgər və zabitlərinə Qarabağın azadlığı uğrunda aparılan  şərəfli və ədalətli mübarizədə uğurlar diləyir, onların hamısının tezliklə sağ və salamat qayıtmalarını arzu edirik! Biz Qələbəyə inanır və bunu səbirslizliklə gözləyirik! Yaşasın Azərbaycan ordusu! Qarabağ Azərbaycandır!”

“Mingəçevir bəndinin hədəfə alınması mənasızdır”

Son aylarda Ermənistan tərəfin məsuliyyətsiz rəhbərləri uzaq məsafədən atacaqları raketlərlə Mingəçevir su bəndini vuracaqlarını iddia edirlər. Oktyabrın 4-də isə düşmən tərəfi bu şəhərə 3 raket atmaqla dinc əhaliyə və mülki obyektlərə ziyan vurmağa çalışıb. Xoşbəxtlikdən 2 mərmi zərərsizləşdirilib, 1 raket isə məcburi köçkünlərin məskunlaşdıqları evə və 5 nəfərə xəsarət yetirib. Təbii ki, düşmənlərimiz su bəndini […]

Pandemiya şərtlərindən əziyyət çəkmiş ailələrə sosial yardım verilib

Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi (MİTDİB)  “Nikah aktı planlayanlar və gənc ailələr üçün pandemiya dövründə konsultativ və sosial yardımların təşkili”  layihəsi çərçivəsində pandemiya şərtlərindən əziyyət çəkmiş ailələrə sosial yardımlar paylayıb. Layihənin koordinatoru, MİTD İB sədri  Müşfiq Ələsgərli bildirib ki, sosial paketlərdə ərzaq məhsulları, gigiyenik vasitələr və tibbi ləvazimatlar olub. Sosial yardım proqramı 30 ailəni əhatə […]

Azərbaycan işğalçıya qarşı Vətən Müharibəsi aparır

Azərbaycan torpaqlarının 20 faizi 30 ilə yaxındır ki, Ermənistan tərəfindən işğal altında saxlanılır. Düşmən doxsanıncı illərdə dayanmadan ölkəmizin Dağlıq Qarabağ bölgəsində və ətraf rayonlarda dəfələrlə təxribatlar, terrorlar, yanğınıar törətməklə torpaqlarımızı işğal edib, 1 milyona yaxın insan yurd yerindən məcburi köçkün düşüb. Ötən illər ərzində  Minsk Qrupunun həmsədrliyi ilə danışıqlar aparılsa da, dövlətimizin yalnız bir və […]

Azərbaycan ərazisi Ermənistandan raket atəşinə tutulub

Oktyabrın 5-də səhər saatlarında Azərbaycan Hava Hücumundan Müdafiə Qüvvələrinin Radiolokasiya sistemlərinin texniki vasitələri Ermənistanın Cermuk,   Qafan və Berd rayonları ərazisində yerləşən start mövqelərindən Azərbaycan ərazisinə atılan raket buraxılışını qeydə alıb. Bütün cəbhə boyu sıxışdırılan düşmən artıq bir neçə gündür ki, Ermənistan ərazisindən Azərbaycan ərazisində əhalinin kompakt yaşadığı məntəqələrə, mülki infrastruktura sistematik raket zərbələri endirir. Eyni […]

Mingəçevirdə 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib

İşğalçı ölkənin silahlı qüvvələri 04.10.2020-ci il, saat 23 radələrindən başlayaraq Ermənistanın hərbi-siyası rəhbərliyinin göstərişi ilə beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud şəkildə pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla döyüş əməliyyatlarının aparıldığı bölgədən 100 km-dən artıq uzaqlıqda yerləşən Azərbaycanın sənaye […]

Raket zərbəsindən 5 nəfər xəsarət aldı

Ermənistandan Mingəçevirə atılan ballistik raketlərdən biri şəhərin Tərəvəzçilik sovxozu ərazisinə, dinc sakinlərin yaşadıqları evin yaxınlığına düşüb. Nəticədə 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Eyni zamanda bir evə külli miqdarda,  yaxınlıqdakı digər evlərə isə qismən ziyan dəyib.