Browsing monthly archive

Sentyabr 2020

“MICROSOFT TEAMS PROQRAMI VƏ ONUN İMKANLARI” mövzusunda təlim

Mingəçevir Dövlət Universitetinin administrativ heyəti, müəllim və texniki işçiləri üçün “Microsoft Teams Proqramı və onun imkanları” mövzusunda təlim keçiriləcək. Təlimin keçirilməsində məqsəd pandemiya dövründə məsafədən təhsil zamanı Mingəçevir Dövlət Universiteti əməkdaşlarının “Microsoft Teams” proqramında qazanılan təcrübələrini daha da genişləndirmək və yeni tədris ilinə hazırlığını tam təmin etməkdir. Təlimlər “Microsoft Teams” proqramının icrası və ondan istifadə […]

Şəhid ailələri üçün Mingəçevirdə yeni evlər tikilir

2016-cı ilin aprel döyüşlərində şəhid olan Adil Adilzadənin və Teymur Qasımovun ailələri üçün Mingəçevirin müxtəlif ünvanlarında yeni mənzillər inşa edilir. Hazırda fasad hissəsində suvaq işləri aparılır. İş icraçısı Ziyad Ağayev deyir ki, yaxın günlərdə dam örtüyü vurulacaq: “Yeni bir dizaynda, 1 mərtəbəli, 3 otağı, mətbəx və hamamı olan ev inşa olunur”. Şəhid Teymur Qasımovun ailəsinin […]

Yaşar Muradov və Ə.Şıxlıniski küçələrinə asfalt döşənir

Dövlət siyasətinin əsasını təşkil edən vətəndaş amili Mingəçevirdə  daim diqqət mərkəzində saxlanılır. Son 2 ildə  şəhər  rəhbərliyi  tərəfindən əhalinin fərdi qəbullarda, səyyar görüşlərdə səsləndirdiyi fikirlərə, qaldırdığı məsələlərə operativ şəkildə baxılması, problemlərin həlli istiqamətində aidiyyəti şəxslərə konkret tapşırıqlar verməsi və icra vəziyyətinin yoxlanılması  bunun bariz nümunəsidir. Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov sentyabrın 3-də sağ sahil […]

Yeni doğulmuş körpədə mürəkkəb ürək qüsuru Bakıda uğurla aradan qaldırılıb

Bu günlərdə Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, Mərkəzi Klinik Xəstəxananın Baş həkimi, ürək-damar cərrahı Prof. Dr. Kamran Musayev və komandası tərəfindən çəkisi 3,5 kq olan yeni doğulmuş körpədə mürəkkəb ürək qüsuru əməliyyat edilərək uğurla aradan qaldırılıb. Əməliyyatdan bir həftə sonra körpə evə yazılıb. Bu barədə Prof.Dr.K.Musayevin özü məlumat verib: “Ürək cərrahiyyəsində məşğul olduğumuz problemlərdən […]

Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına yeni ambulanslar gətirilib

Mingəçevir şəhər Mərkəzi Xəstəxanası 3 yeni təcili tibbi yardım maşını ilə təmin olunub. APA TV-nin Mingəçevir bürosunun məlumatına görə, TƏBİB tərəfindən ayrılan “Fiat Doblo” markalı yeni, müasir ambulanslar dünən Mingəçevir Mərkəzi Xəstəxanasına gətirilərək, Təcili Tibbi Yardım Xidmətinə təqdim olunub. Qeyd edək ki, hər üç ambulans ən qabaqcıl tibbi texniki ləvazimatlarla təmin olunub.

“Paylaşılan Uğur”un təqdimatı keçirilib

Sosial sahibkarlıq konsepsiyası cəmiyyətdə bərabərlik, inkluzivlik kimi dəyərləri təbliğ və təşviq edən yanaşma kimi tanınır. Sosial sahibkarlıq və təhsil sahəsində ixtisaslaşan  Education HUB tərəfindən Azərbaycanda ilk dəfə Sosial sahibkarların fəaliyyətiilə daha yaxından tanış olmaq və onların hekayələrindən bəhs edən “Paylaşılan Uğur” adlı filmi hazırlanıb. Filmin çəkilişlərini “Post Vision” media qrupu həyata keçirib. Film bu sahədə […]