Browsing monthly archive

Sentyabr 2020

Mingəçevir Dövlət Universitetinin könüllü tələbələri “Könüllülər Kuboku”nda nailiyyət əldə ediblər

17 sentyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan İdman Könüllüləri İctimai Birliyinin birgə təşkilatçılığı ilə yüngül atletika idman növündən rayon və şəhərlər üzrə “Könüllülər Kuboku” yarışması keçirilib. Yarışın keçirilməsində əsas məqsəd könüllü təşkilatlarda fəaliyyət göstərən gənclərin müntəzəm bədən tərbiyəsi və idmanla məşğul olmağa cəlb edilməsi, gənc könüllülər arasında sağlam həyat […]

Mingəçevir Dövlət Universiteti Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti ilə əməkdaşlıq edəcək

2020-ci ilin 17 sentyabr tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) tərəfindən həyata keçirilən “Qafqazda aztəminatlı məcburi köçkünlərin və yerli əhalinin iqtisadi və sosial inkişafı” (EPIC) proqramının əməkdaşları Günel Mustafayeva və Jalə Ələkbərova ilə görüş keçirilib. MDU-nun rektoru Şahin Bayramov qonaqlara universitetin inkişaf hədəfləri, əsas prioritetləri və həyata keçirilməsi nəzərdə tutulan tədbirlər […]

İcra başçısı yüksək bal toplayan iki gənci Dövlət Rəmzləri Muzeyinin qarşısında təbrik etdi

Mingəçevirdə 2019-2020-ci tədris ilində  yüksək bal toplayan gənclərlə görüş açıq hava şəraitində, Dövlət Rəmzləri Muzeyinin qarşısında keçirilib. İcra Hakimiyyəti başçısı İlham İsmayılov tələbə adını qazanan gəncləri təbrik edib, onlara təhsildə və gələcək həyatlarında uğurlar arzulayıb: “Ümid edirəm ki, bilikli insan, peşəkar mütəxəssis kimi yetişəcək, vətənə ləyaqətlə xidmət göstərəcəksiniz”. Ölkəmizdə təhsilin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi […]

Mingəçevirdə bazar yaxınlığında minik maşını yanıb

Mingəçevir şəhərinin Aydın Məmmədov küçəsində yerləşən Əşya bazarının yaxınlığında “Hyundai” markalı minik maşını yanıb.  APA-nın Mingəçevir bürosunun məlumatına görə, yanğın maşının mühərrikində başlayıb. İlkin məlumata görə, yanğına səbəb mühərrikdəki nasazlıq olub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə bölməsinin əməkdaşları cəlb olunub. Yanğın söndürülüb, maşının digər hissələri yanğından mühafizə olunub.

Kompetensiya, Metakompetensiya.

Biz çox məlumatları oxuyuruq, əzbərləyirik, lakin iş görməyə, qərar verməyə gələndə isə elə hərəkət edirik ki, sanki heç nə bilmirik, doğrulardan xəbərimiz yoxdur…Nə üçün belədir? Ya oxuduğumuzun, əzbərlədiyimizin mənasını anlamırıq, ya onlara inanmırıq, ya da tətbiq etməyi bacarmırıq. Deməli, biz düşünmürük, sadəcə, əzbərləyirik, çünki hər şey yaddaşların yarışına çevrilib, kim daha çox əzbərləyirsə, daha çox […]

Mingəçevirdə son bir ilə qədər qəza vəziyyətində olan məktəb bu gün qapılarını şagird və müəllimlərin üzünə açıb

Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə bu ilki tədris ilində ölkədə 62 təhsil müəssisəsi inşa və əsaslı təmir olunub. Belə məktəblərdən biri də Mingəçevirdədir. O, 1974-cü ildə tikilmişdi, lakin 1993-cü ildən ta son illərə qədər məcburi köçkün soydaşlarımız üçün müvəqqəti məskunlaşma yerinə çevrimişdi. Bina qəzalı vəziyyətdə olduğundan təmir etmək mümkün deyildi. Buna görə də […]

Rektor Şahin Bayramovun Bilik Günü təbriki

Mingəçevir Dövlət Universitetinin hörmətli professor-müəllim və inzibati-texniki heyət üzvləri! Əziz tələbələrimiz və magistrantlarımız! 2020/2021-ci tədris ilinin başlanması münasibətilə hər birinizi səmimi qəlbdən təbrik edirəm. Əminəm ki, növbəti tədris ili Mingəçevir Dövlət Universiteti ailəsinin hər bir üzvü üçün akademik və şəxsi həyatda bol uğurlar, yeni başlanğıclar və əhəmiyyətli nailiyyətlər ilə yadda qalacaqdır. Yeni akademik il ərzində […]

Mingəçevir Dövlət Universitetində yeni tədris ilinə hazırlıqla bağlı tədbir keçirilib

Mingəçevir Dövlət Universitetində (MDU) yeni tədris ilinin başlaması münasibətilə qrup nümayəndələri və fəal tələbələrlə “Microsoft Teams” platforması üzərindən onlayn formatda görüş keçirilib. Görüşün keçirilməsində əsas məqsəd mövcud şəraitdə məsafədən təhsil zamanı MDU tələbələrinin “Microsoft Teams” platformasından istifadə bacarıqlarını daha da gücləndirməkdən və təhsialanların yeni tədris ilinə hazırlığını tam təmin etməkdən ibarət olub. MDU-nun məsul əməkdaşlarının […]

İki qonşu arasında mübahisə bıçaqlanma ilə nəticələndi

Mingəçevirdə qadın yaşlı kişini bıçaqlayıb. APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Gəncə şosesində məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı Dəmir Beton Məmulatları zavodunun həyətində baş verib. Mübahisə zamanı 1938-ci il təvəllüdlü İmaməliyev Ələs Baxış oğlu qonşu qadın tərəfindən döş qəfəsindən bıçaqlanıb. APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisəni törətməkdə şübhəli bilinən qadın Ağdam rayon sakini Məmmədova Tünzalə Telman qızıdır. Yaralı […]

Mingəçevirdə 8 yaşlı qızın bədəninə kürək nahiyəsindən dəmir batıb

Mingəçevirdə 8 yaşlı qızın bədəninə dəmir batıb. APA-nın Mingəçevir bürosunun məlumatına görə hadisə bağlar yaşayış massivində baş verib.  Yaşadığı ərazidə naməlum şəraitdə yıxılan 2013-cü il təvəllüdlü şəhər sakini Zabitova Zəhra Heydər qızının kürək nahiyəsinə iri dəmir batıb və ona ağır xəsarət yetirib. Dəmir azyaşlının digər orqanlarını da zədələyib. Yaralı dərhal əməliyyata alınıb. Faktla bağlı araşdırma aparılır.