Browsing monthly archive

Sentyabr 2020

Yevlaxda velosipedçini avtomobil vurub

Yevlaxda avtomobil velosipedçini vuraraq ağır xəsarət yetirib. APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Xaldan-Xanabad avtomobil yolunun Xanabad kəndi istiqamətində baş verib. Ağır xəsarət olan velosipedçi, 1956-cı il təvəllüdlü rayon sakini Məmmədov İlham Hümbət oğlu ətrafdakıların köməyi ilə xəstəxanaya çatdırılıb. Komatoz vəziyyətdə olan yaralı reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Avropa İttifaqı və BMTİP koronavirus pandemiyası dövründə Azərbaycanda peşə təhsili pilləsi üzrə onlayn tədrisin təşkilində Peşə Təhsili üzrə Dövlət Agentliyinə dəstək olur

Avropa İttifaqı, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə əməkdaşlığı ilə Azərbaycanda peşə təhsili müəssisələrinin tələbələri üçün onlayn dərslərin çəkilişləri davam etdirilir. Cari tədris ili üçün ixtisas modulları üzrə dərslərlə yanaşı, baza modulları üzrə də elektron resurslar hazırlanmaqdadır. Qeyd edək ki, ötən tədris ilində birgə əməkdaşlıq çərçivəsində bir sıra peşə […]

Mingəçevir Dövlət Universitetində yeni tədris ilində görüləcək işlər müzakirə olunub

2020-ci ilin 22 sentyabr tarixində Mingəçevir Dövlət Universitetində (MDU) 2020/2021-ci tədris ilində görüləcək işlərə həsr olunan tədbir keçirilib. “Microsoft Teams” platforması üzərindən online formatda keçirilən iclası açan MDU-nun rektoru Şahin Bayramov yeni tədris ilinin başlaması münasibəti ilə professor-müəllim və inzibati-texniki heyət üzvlərini təbrik edib. Rektor yeni tədris ilində reallaşdırılması nəzərdə tutulan işlər, kafedra və dekanlıqlar […]

İLHAM ƏLİYEV : “İNSANLARI NARAHAT EDƏN BÜTÜN PROBLEMLIR HƏLL OLUNMALIDİR”

Bir neçə gün əvvəl dövlətimizin başçısı İlham Əliyev  Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və Real Televiziyasına müsahibə verərək bir sıra  dövlət əhəmiyyətli məsələlərə toxunmuş, o cümlədən  “Abşeron” qaz-kondensat yatağının yeni mərhələsi ilə  Azərbaycan öz neft-qaz strategiyasında mühüm hadisə olduğundan bəhs etmişdir. İqtisadiyyatımızın günbəgün inkişaf etməsi sayəsində Azərbaycan artıq neft ölkəsindən qaz ölkəsinə keçid alır və buna […]

ERMƏNİSTANIN TƏXRİBATLARI ONUN ACİZLİYİNİN ƏYANİ SÜBUTUDUR

Dünya siyasətində tanınmış liderlərdən olan Heydər Əliyevion həyat və fəaliyyəti Azərbaycan xalqı üçün bir örnəkdir. Hələı Sovet İttifaqı rəhbərliyində olarkən  Heydər Əliyev amili erməniləri uzun illər separatçı hərəkətlərini reallaşdırmağa imkan verməmişdir. Yalnız Heydər Əliyev Siyasi Bürodan uzaqlaşdırılandan iki həftə sonra ermənilər Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirmək haqqında iddia qaldırdılar və elə ilk vaxtlardan silaha, […]

Avropa İttifaqı və Ədliyyə Nazirliyi ilk mediatorları təltif edib

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Mübahisələrin Alternativ Həlli və əhaliyə hüquqi yardım göstərilməsi” layihəsi çərçivəsində mediasiya fəaliyyətinin təmin edilməsi ilə əlaqədar müvafiq tədbirlər görülməkdədir. Mediatorların ilkin hazırlığı üzrə təlimlər cari ilin may-avqust aylarında, hər bir qrup üçün 52 saat müddətində keçirilmişdir. Təlimlərə cəlb edilən 60 nəfərdən 49 nəfər təlimləri uğurla başa vurmuş və müvafiq komissiya qarşısında […]

“Təmiz Dəniz səndən başlayır!”

19 sentyabr tarixində Avropa İttifaqı (Aİ) Nümayəndəliyi Beynəlxalq Sahilyanı Təmizlik Günü münasibətilə Azərbaycan Respublikasının Ətraf Mühit və Təbii Sərvətlər Nazirliyi ilə birgə #EUBeachCleanup (Aİ Çimərliyin Təmizlənməsi tədbirini) keçirmişdir. Ətraf Mühit və Təbii Sərvətlər Naziri c-b Muxtar Babayev, Aİ-nın Azərbaycandakı Nümayəndəliyinin Rəhbəri Səfir c-b Kəstutis Yankauskas və Latviya Respublikasının Fövqəladə və Səlahiyyətli Səfiri c-b Dainis Garançs […]

Üzeyir Hacıbəyli adına 11 illik musiqi məktəbi sənədli film çəkib

Bərdə Regional Mədəniyyət İdarəsi Mingəçevir şəhər Üzeyir Hacıbəyli adına 11 illik musiqi məktəbinin müəllim kollektivi 18 sentyabr – Milli Musiqi Günü münasibətilə sənədli film çəkib. Film dünya şöhrətli azərbaycanlı bəstəkar, dramaturq, pedaqoq, Azərbaycan milli musiqisinin inkişafında misilsiz xidmətləri olan ictimai xadim Üzeyir Hacıbəylinin həyat və fəaliyyətinə həsr olunub. Sənədli filmin ərsəyə gəlməsində məktəbin müəllimləri iştirak […]

Mingəçevir Dövlət Universitetində təqaüdə ayrılan iki qocaman müəllimlə görüş keçirilib

2020-ci ilin 19 sentyabr tarixində Mingəçevir Dövlət Universitetində (MDU) iki qocaman müəllimin təqaüdə ayrılması münasibətilə tədbir keçirilib. Mövcud şərtlər nəzərə alınmaqla açıq hava şəraitində təşkil olunan tədbir MDU-nun Mühəndislik fakultəsinin müəllimləri Əli Məmmədov və Mirzə Gumayevə həsr olunub. Qocaman müəllimləri ehtiramla salamlayan MDU-nun rektoru Şahin Bayramov Ümummilli Lider və onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti […]

Mingəçevir Dövlət Universitetinin əməkdaşları UNEC-in təşkil etdiyi təlimlərdə iştirak ediblər

Mingəçevir Dövlət Universitetinin (MDU) professor-müəllim və inzibati-texniki heyət üzvləri Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) tərəfindən “Distant təhsildə tədrisin təşkili və metodik təminatı” mövzusuna təşkil olunan təlimlərdə iştirak ediblər. UNEC və MDU arasında imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində həyata keçirilən tədbirlərin tərkib hissəsi olaraq, MDU-nun 100-ə yaxın əməkdaşı sözügedən təlimlərə qatılıb. Cari ilin 31 avqust – 4 sentyabr tarixlərində […]