Browsing monthly archive

Sentyabr 2020

İlham Əliyevlə BMT-nin Baş katibi Antonio Quterreş arasında videokonfrans formatında görüş olub

Sentyabrın 28-də BMT-nin Baş katibi Antonio Quterreşin təşəbbüsü ilə onunla Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında videokonfrans formatında görüş olub. Bu barədə Prezidentin internet səhifəsində məlumat yayılıb. Prezident İlham Əliyev dünən Ermənistanın Azərbaycana qarşı törətdiyi hərbi təxribatla bağlı hadisələrin gedişinə dair məlumat verdi. Qeyd etdi ki, sentyabrın 27-də Ermənistan təmas xətti boyunca Azərbaycan Silahlı Qüvvələrinin […]

Mingəçevir şəhidlərini son mənzilə yola saldı

Sentyabrın 28-də Mingəçevirdə orduya dəstək aksiyası keçirilib. On minlərlə insan Azərbaycan ordusunun dünəndən bəri düşmənə qarşı əks həmlə hücumu nəticəsində işğal altında olan torpaqlarımızı azad etməsindən məmnunluğu əks etdirən şüarlar səsləndirib. Onlar Ali Baş komandanın rəhbərliyi altında qələbə qazanılacağını, tezliklə Kəlbəcərdə, Xankəndində, Şuşada və Qarabağdakı digər  ərazilərimizdə Azərbaycan bayrağının dalğalanacağına inandıqlarını bildiriblər. Eyni zamanda aksiya […]

“Düşmənin itkiləri arasında Suriya və Yaxın Şərq ölkələrindən olan muzdlular da var”

“Əldə olunan kəşfiyyat məlumatına əsasən, düşmənin itkiləri arasında Suriya və Yaxın Şərqin müxtəlif ölkələrindən olan çoxlu sayda erməni əsilli muzdlu döyüşçülər də var. Lakin onlar Ermənistanda rəsmi qeydiyyata alınmadığı üçün düşmən bu itkiləri asanlıqla gizlədir”. Bunu Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı deyib. “Əvvəlki döyüşlərdə olduğu kimi bu dəfə də Ermənistanın hərbi-siyasi […]

Vilayət Eyvazov komendant saatının tətbiq edildiyi ərazilərin komendantı təyin olundu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Hərbi vəziyyət elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 sentyabr tarixli 1166 nömrəli Fərmanının 3-cü hissəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Daxili İşlər naziri Vilayət Süleyman oğlu Eyvazovu hərbi vəziyyət dövründə komendant saatının tətbiq edildiyi ərazilərin komendantı təyin edib.   […]

Ermənistan tərəfindən Azərbaycanın Tərtər şəhəri intensiv atəşə tutulur

28 Sentyabr 2020-ci il tarixində səhər saatlarından etibarən Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Tərtər şəhəri intensiv atəşə tutulur. Düşmən qüvvələri şəhərin mülki şəxslərini və obyektlərini məqsədyönlü şəkildə hədəfə alır. Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti idarəsindən verilən məlumata görə, Ermənistan Tərtərin şəhərinin dinc sakinlərini atəşə tutmaqla, mülki insanlara qarşı terror vasitələrindən istifadə etdiyini və növbəti dəfə beynəlxalq […]

Düşmənin daha bir neçə hərbi texnikası məhv edildi

Azərbaycan Ordusu bölmələrinin dəqiq zərbələri nəticəsində cəbhənin müxtəlif istiqamətlərdə Ermənistan silahlı qüvvələrinə məxsus daha bir neçə hərbi texnika məhv edilib. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Təqdim olunan videoda düşmənə məxsus hərbi texnikaların məhv edilmə anları əks olunub.

Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 25-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilsin. 2. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti təsdiq edilmiş planlara uyğun olaraq hərbi vəzifəlilərin səfərbərlik üzrə hərbi xidmətə çağırılmasını və hərbi-nəqliyyat vəzifəsindən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etsin. 3. Azərbaycan Respublikasının Nazirlər […]

Hərbi vəziyyət elan edilməsi haqqında

2020-ci il sentyabrın 27-də Ermənistan Respublikasının silahlı qüvvələrinin beynəlxalq hüquq normalarını yenidən kobud surətdə pozaraq, müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə etməklə bir neçə istiqamətdən Azərbaycan Respublikasının yaşayış məntəqələrini və hərbi mövqelərini atəşə tutduğunu, nəticədə mülki şəxslər və hərbiçilər arasında ölən və yaralananların olduğunu, bu hücumların qarşısının alınması məqsədi ilə Azərbaycan Ordusunun əks-hücum […]

Azərbaycanda hərbi vəziyyət elan olundu, Mingəçevirdə də komendant saatı tətbiq edildi

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, Azərbaycanda hərbi vəziyyət elan olunub. Onun sözlərinə görə,  2020-ci il 28 sentyabr saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət elan olunub, Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərlərində, Abşeron, Cəbrayıl, Füzuli, Ağcabədi, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, […]