Browsing daily archive

Sentyabr 30, 2020

“Ermənistan bu gün də dünyanın gözü qarşısında günahsız mülki şəxsləri hədəf alır”

“Uşaq, qadın, yaşlı demədən Xocalıda soyqırımı törədən, Azərbaycan torpaqlarını işğal edən Ermənistan bu gün də bütün dünyanın gözü qarşısında günahsız mülki şəxsləri hədəf alır”. APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin “Twitter” səhifəsində bildirilib. “Ermənistan 30 il əvvəl olduğu kimi bu gün də eyni şəkildə sülh və sabitliyin düşməni olaraq hərəkət […]

Müdafiə Nazirliyi döyüşlərə qatılmaq istəyən könüllülərə müraciət edib

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda Azərbaycan Ordusunun  düşmənə qarşı apardığı döyüşlərdə əldə etdiyi uğurlar xalqımızda döyüş ruhunun yüksəlməsinə səbəb olub. Azərbaycan əsgərinin uğurundan ruhlanan on minlərlə həmvətənimiz Müdafiə Nazirliyinə müraciət edərək Ordumuzla birlikdə  könüllü olaraq döyüşlərə qatılmaq istədiyini bildiriblər. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda deyilir: “Müdafiə Nazirliyinin rəhbərliyi Azərbaycan əsgərinə mənəvi dəstək olduqlarına görə təşəkkür […]

Düşmənin 2300 nəfərədək canlı qüvvəsi məhv edilib

İşğal olunmuş torpaqlarımızın azad olunması uğrunda Azərbaycan Ordusunun apardığı gərgin döyüşlər davam edir. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda deyilir ki, sentyabrın 27-dən bu gün səhər saatlarınadək düşmənin 2300 nəfərədək canlı qüvvəsi məhv edilib və yaralanıb, 130-dək tank və digər zirehli texnikası, 200-dən artıq artilleriya, yaylım atəşli raket sistemləri, minaatan, 25-dək hava hücumundan müdafiə […]

Silahlı Qüvvələrə Yardım Fondu “ASAN ödəniş” sistemində

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən idarə edilən “ASAN ödəniş” sisteminə Silahlı Qüvvələrə Yardım Fondu üzrə ödənişlər inteqrasiya olunub. Bu barədə EHİM-in internet səhifəsində məlumat  yayılıb. Bildirilir ki, Silahlı Qüvvələrə Yardım Fondu üçün ianə etmək istəyən istənilən hüquqi və ya fiziki şəxs ödənişləri sistem […]