Browsing daily archive

Sentyabr 27, 2020

Hərbi vəziyyət elan edilməsi haqqında

2020-ci il sentyabrın 27-də Ermənistan Respublikasının silahlı qüvvələrinin beynəlxalq hüquq normalarını yenidən kobud surətdə pozaraq, müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə etməklə bir neçə istiqamətdən Azərbaycan Respublikasının yaşayış məntəqələrini və hərbi mövqelərini atəşə tutduğunu, nəticədə mülki şəxslər və hərbiçilər arasında ölən və yaralananların olduğunu, bu hücumların qarşısının alınması məqsədi ilə Azərbaycan Ordusunun əks-hücum […]

Azərbaycanda hərbi vəziyyət elan olundu, Mingəçevirdə də komendant saatı tətbiq edildi

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, Azərbaycanda hərbi vəziyyət elan olunub. Onun sözlərinə görə,  2020-ci il 28 sentyabr saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət elan olunub, Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərlərində, Abşeron, Cəbrayıl, Füzuli, Ağcabədi, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, […]

Murov dağı silsiləsindəki əhəmiyyətli yüksəklik azad olunub

Müdafiə Nazirliyinin mətbuat xidmətini yaydığı məlumata görə, cəbhənin Goranboy istiqamətində qoşunlarımızın keçirdiyi hərbi əməliyyat nəticəsində Murov dağı silsiləsindəki Murov zirvəsi azad olunub. Əməliyyat nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərini Ermənistanla birləşdirən hərbi əhəmiyyətli Vardenis-Ağdərə avtomobil yolu vizual, eləcə də atıcı silahların və artilleriya vasitələrinin atəş nəzarətinə götürülüb. Əldə edilən hərbi üstünlük Ermənistandan əlavə hərbi yüklərin işğal […]

Düşmən zirehli texnikasını döyüş meydanında ataraq qaçır

Müdafiə Nazirliyinin verdiyi məlumata görə, əks-həmlə əməliyyatı həyata keçirən Azərbaycan Ordusu bölmələrinin zərbələri nəticəsində düşmən çoxlu sayda zirehli texnikanı döyüş meydanında qoyaraq qaçıb. Ermənistan qoşunlarının məhv edilən, eləcə də ərazidə qalan hərbi texnikalarının video görüntülərini təqdim edirik.

“Biz öz torpağımızdayıq, bizim başqa ölkələrin torpağında gözümüz yoxdur”

Sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib. Dövlətimizin başçısı iclasda çıxış edib. – Bildiyiniz kimi, bu gün səhər tezdən Ermənistan silahlı qüvvələri Azərbaycana qarşı növbəti hərbi təxribat törətmişdir. Bu təxribat nəticəsində itkilərimiz var, həm mülki əhali, həm də hərbçilər arasında. Bu, bir daha onu göstərir ki, Ermənistanın Azərbaycana qarşı […]

Ali Baş Komandanımızın və Ordumuzun yanındayıq! Torpaqlarımızı tam olaraq işğaldan azad edəcəyik

Bu gün səhər saatlarında Ermənistan silahlı birləşmələri Azərbaycana qarşı hücuma keçmiş və yeni ərazilərimizi işğal etmək məqsədilə bütün sərhəd boyu hərbi obyektləri və mülki əhalini hədəfə almışdır. Azərbaycan Ordusu düşmənə ağır zərbələr vurararaq onu geri oturtmuş və  bütün cəhbə boyu əks-hücuma keçmişdir. Daxil olan məlumatlara görə, düşmən birlikləri ciddi itkilər verərək geri çəkilir. Ordumuz bütün […]

Azərbaycan Ordusunun həyata keçirdiyi əks-həmlə əməliyyatı uğurla davam edir

Azərbaycan Müdafiə Nazirliyinin verdiyi məlumata görə, Azərbaycan Ordusunun bölmələri cəbhənin Tərtər-Ağdam, Füzuli-Cəbrayıl və Murovdağı istiqamətlərində Ermənistan qoşunlarının işğalı altında olan vacib yüksəkliklər uğrunda döyüşlər aparırlar.Raket-artilleriya qoşunları və aviasiya vasitələri düşmənin komanda məntəqələrinə zərbələr endirir, manevr edən çoxlu sayda canlı qüvvəsini, döyüş texnikasını və hərbi obyektlərini məhv edirlər. Bütün cəbhə boyu şiddətli döyüşlər gedir. Cəbhənin ən […]

İlham Əliyev xalqa müraciət etdi

Sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib. Dövlətimizin başçısının müraciətini təqdim edirik. Prezident İlham Əliyevin xalqa müraciəti -Bu gün səhər Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artileriyadan istifadə edərək bizim yaşayış məntəqələrimizi, eyni zamanda, hərbi mövqelərimizi atəşə tutmuşdur. Düşmən atəşi nəticəsində mülki əhali və hərbçilərimiz arasında itkilər, […]