Browsing daily archive

Sentyabr 24, 2020

“Çap medianı qoru, peşəkar jurnalistlərin iş yerlərini qoru, keyfiyyətli xəbəri qoru, demokratiyanı qoru!”

JuHİ Mətbuat xidmətindən verilən məlumata görə, Beynəlxalq Jurnalistlər Federasiyasının (İFJ) və Qlobal Həmkarlar İttifaqları Koalisiyasının (UNI Global Union) birgə təşəbbüsü ilə çap medianın problemlərinə həsr edilmiş beynəlxalq onlayn konfrans keçirilib.  “Çap medianı qoru, peşəkar jurnalistlərin iş yerlərini qoru, keyfiyyətli xəbəri qoru, demokratiyanı qoru!” devizi ilə onlayn keçirilən konfransa dünyanın 95 ölkəsindən 100-ə qədər nümayəndə qatılıb.  […]

Yevlaxda velosipedçini avtomobil vurub

Yevlaxda avtomobil velosipedçini vuraraq ağır xəsarət yetirib. APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Xaldan-Xanabad avtomobil yolunun Xanabad kəndi istiqamətində baş verib. Ağır xəsarət olan velosipedçi, 1956-cı il təvəllüdlü rayon sakini Məmmədov İlham Hümbət oğlu ətrafdakıların köməyi ilə xəstəxanaya çatdırılıb. Komatoz vəziyyətdə olan yaralı reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Avropa İttifaqı və BMTİP koronavirus pandemiyası dövründə Azərbaycanda peşə təhsili pilləsi üzrə onlayn tədrisin təşkilində Peşə Təhsili üzrə Dövlət Agentliyinə dəstək olur

Avropa İttifaqı, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə əməkdaşlığı ilə Azərbaycanda peşə təhsili müəssisələrinin tələbələri üçün onlayn dərslərin çəkilişləri davam etdirilir. Cari tədris ili üçün ixtisas modulları üzrə dərslərlə yanaşı, baza modulları üzrə də elektron resurslar hazırlanmaqdadır. Qeyd edək ki, ötən tədris ilində birgə əməkdaşlıq çərçivəsində bir sıra peşə […]