Mingəçevir Dövlət Universitetində yeni tədris ilində görüləcək işlər müzakirə olunub
2020-ci ilin 22 sentyabr tarixində Mingəçevir Dövlət Universitetində (MDU) 2020/2021-ci tədris ilində görüləcək işlərə həsr olunan tədbir keçirilib. “Microsoft Teams” platforması üzərindən online formatda keçirilən iclası açan MDU-nun rektoru Şahin Bayramov yeni tədris ilinin başlaması münasibəti ilə professor-müəllim və inzibati-texniki heyət üzvlərini təbrik edib. Rektor yeni tədris ilində reallaşdırılması nəzərdə tutulan işlər, kafedra və dekanlıqlar […]