Azərbaycanda Peşə Təhsilinin Müasirləşdirilməsi istiqamətində Avropa İttifaqı tərəfindən maliyyələşdirilən yeni layihə başlayır
Avropa İttifaqı, BMT-nin İnkişaf Proqramı və Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycanda peşə təhsili və təlimi sistemində keyfiyyətli kadr hazırlığı üçün dəstək verilməsi və bu təhsil pilləsinin nüfuzunun artırılması məqsədilə 5.6 milyon avro dəyərində yeni layihəyə başlayıb. Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramının həyata keçirəcəyi dörd illik layihə – əmək bazarının mövcud ehtiyaclarına uyğun səriştəyə […]