Browsing monthly archive

Avqust 2020

Baba Əliyev 99 yaşında dünyasını dəyişdi

Avqustun 4-də mingəçevirlilərin yaxşı tanıdığı və dərin hörmət bəslədiyi  Əliyev Baba Həsən oğlu haqq dünyasına qovuşub. B.Əliyev 1921-ci ildə Yevlax rayonunun Xanabad  kəndində anadan olub. O, 1941-1945-ci illərdə 223-cü diviziyanın tərkibində Qafqazdan keçmiş Yuqoslaviya ərazisinədək olan cəbhə xəttinin ən qanlı döyüşlərində şərəfli döyüş yolu keçib. Uzun müddət Mingəçevir Veteranlar Şurasının, sonralar Ağsaqqallar Şurasının sədri, Təbiəti […]

Ezamiyyələrin icaze.e-gov.az portalına əlavə olunması imkanı yaradılıb

COVID-19 infeksiyasına yoluxma dinamikası nəzərə alınmaqla 2020-ci il 31 avqust saat 00:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərləri və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonlarında tətbiq olunacaq. Bu müddətdə isə həmin şəhər və rayonlarda giriş-çıxış əvvəlki qaydada tənzimlənəcək. Elektron Hökumətin İnkişaf Mərkəzindən verilən məlumata görə, Nazirlər Kabinetinin müvafiq Qərarı […]

Dövlət dəstəyindən yararlanan mingəçevirli fermer özünə təsərrüfat qurub

Mingəçevirli fermer dövlət yardımı sayəsində Avstriya Smental cins iribuynuzlu heyvan təsərrüfatını genişləndirməyə nail olub. APA TV-nin Mingəçevir bürosunun məlumatına görə, gənc fermer Tural Abdullayev köhnə Mingəçevir kəndi adlanan ərazidə adətən şəhər mühiti üçün o qədər də xarakterik olmayan iri heyvandarlıq təsərrüfatı yaradıb. Cəmi iki baş Avstriya Smental cins iribuynuzlu heyvanla təsərrüfat yaratmağa başlayan fermer qısa […]

Aİ-nın dəstəklədiyi italiyalı həkim briqadası Azərbaycana gəlib

Koronavirus əleyhinə mübarizədə Azərbaycana yardım etmək üçün 3 avqust tarixində italiyalı altı həkimdən ibarət Təcili Tibbi Briqada Bakıya gəlmişdir. İki təcili yardım həkimi, infeksion xəstəliklər üzrə bir ekspert, bir anastezioloq və təcili yardım təcrübəsi olan iki tibb bacısından ibarət briqada növbəti iki həftə ərzində öz yerli tərəfdaşlarına yardım edəcək. Yardım Aİ-nın Mülki Müdafiə Mexanizmi tərəfindən koordinasiya […]

Nikah və toy mərasimləri sahəsində yeni standartlar, yeni vərdişlər formalaşır

Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyinin  (MİTD İB) Mətbuat xidmətindən verilən məlumata görə, birlik  “Nikah aktı planlayanlar və gənc ailələr üçün pandemiya dövründə konsultativ və sosial yardımların təşkil edilməsi”  layihəsinin icrasına başlayıb. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında  Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilir. Layihənin koordinatoru Müşfiq Ələsgərli bildirib ki,  məqsəd COVİD-19 […]

Avtobuslarda və mağazalarda tibbi maskadan istifadə etməyən şəxslər müəyyənləşdi

Bu gün Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları qapalı məkanlarda, eləcə də ictimai nəqliyyatda reyd keçirib və tibbi maskadan istifadə etməyən şəxsləri müəyyənləşdirib. Şəhərdaxili marşrut avtobuslarında fərdi tənəffüs yollarını qoruyan vasitələrdən istifadə etməyənlərə karantin rejiminin qaydaları izah olunub, barələrində İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq protokol yazılıb və cərimə tətbiq edilib. Reyd mağazalarda da davam etdirilib. Burada […]

Yaşayış yerini icaze.e-gov.az portalı vasitəsi ilə tərk etmək sistemi ləğv olundu, çimərliklərə icazə verildi

Yeni növ koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması üzrə 21 iyun 2020-ci il tarixindən etibarən tətbiq olunan sərtləşdirilmiş tədbirlər nəticəsində sanitar-epidemioloji vəziyyətdə stabilləşmə müşahidə edilir. Preventiv tədbirlər və vətəndaşların mövcud qaydalara əməl etməsi nəticəsində virusa yoluxanların sayında azalmaya nail olunmuşdur. Hazırkı sanitar-epidemioloji vəziyyətə uyğun olaraq, sərt karantin rejiminin mövcud olduğu şəhər və rayonlarda, eləcə […]

Azərbaycan əsgəri gözünü belə qırpmadan şəhidlik mərtəbəsinə yüksəlir

İyirminci əsrin sonlarında erməni işğalçılarının torpaqlarımıza etdikləri silahlı hücumlar, torpaq iddiaları  Azərbaycan vətəndaşlarının  ağlına gəlməyən bir hadisə idi. İllər boyu mehriban qonşuluq şəraitində yaşayan iki dövlətin biri, ermənilər sən demə hiyləgər niyyətlərini həyata keçirmək üçün hazırlıq işləri görürmüşlər. Uzun illər torpaqlarımıza etdikləri silahlı hücumlar zamanı Vətənimiz şəhidlər vermiş, qəhrəman əsgər və zabitlərimiz yurdumuzun  bir qarışının […]