Browsing monthly archive

Avqust 2020

Sosial sahibkarlıqla bağlı ictimai müzakirələr başlayıb

Sosial sahibkarlıq sosial, mədəni və ətraf mühit məsələlərinin çözümünə istiqamətlənmiş, sərbəst bazar qaydalarına əsaslanan iqtisadi fəaliyyət növüdür. Hazırda dünyada prioritet trendlərdən birinə çevrilmiş bu fəaliyyət növü icma əsaslı problemlərə yeni həll yolları gətirərək, ümumi maraqlara xidmət edir. Sosial sahibkarlar isə maddi fayda və mənfəəti ikinci plana alaraq, əsas hədəf kimi sosial problemlərin həllini seçirlər. Azərbaycanda […]

QHT Şurasının dəstəyi ilə Beyləqan rayonunda aztəminatlı ailələrə yardımlar göstəriləcək

“Beyləqan  Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı” İctimai Birliyi “Pandemiya ilə mübarizəyə ictimai dəstək və  sosial cəhətdən yardıma ehtiyacı olan vətəndaşlara yardım göstərilməsi” layihəsini həyata keçirir. Məqsəd Covid-19 pandemiyası ilə mübarizə üzrə ictimai monitorinq və maarifləndirmə işlərini həyata keçirmək, sosial cəhətdən ehtiyacı olan aztəminatlı ailələrə ərzaq yardımları çatdırmaq və  psixoloji xidmət işini aparmaqdır. Layihə komandası tərəfindən […]

Müəllim başqa planetdən gəlib?

Mənim əkdiyim toxumu yaxşı saxla, zəngin minerallar ver, tez cücərt, tez böyüt, -deyə  torpağa əmr etsəm bir işə yarayarmı?  Ya da xahiş etsəm, bunların baş verməsi mümkündürmü? Yəqin ki, yox! Bəs doğru olan nədir, nə edə bilərəm? Toxumu əkməmişdən qabaq həmin torpağın əkin üçün yararlı olub-olmadığını, növünü, ehtiyaclarını müəyyən edə bilərəm, torpağı münbitləşdirib sonra əkərəm. […]

Yevlaxda iki qardaşdan biri Kürdə boğuldu, digəri xilas edildi

Yevlax şəhəri ərazisində – Mirvari kafesi yaxınlığında çayda iki qardaş batma təhlükəsi ilə üzləşib.  APA TV-nin Mingəçevir bürosunun məlumatına görə, 1996-cı il təvəllüdlü Şəhriyar Cəfərov sudan çıxarılaraq xilas edilib. Onun böyük qardaşı 1986-cı il təvəllüdlü Cəfər Cəfərov isə çayda batıb. Onun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu […]

Məktəbli və abituriyentlər ixtisas seçərkən nəyə diqqət yetirməlidirlər?

Mingəçevir Gənclər Evindən olan gənclərin “Düzgün İxtisas Seçimi“ adlı təşəbbüsü uğurla davam etdirilir. Təşəbbüsün əsas məqsədi  Mingəçevirin 8-11-ci siniflərində oxuyan məktəbli və abituriyentlərin ixtisas seçərkən vacib şərtləri nəzərə almalarına diqqət çəkmək və onlara doğru istiqamət verməkdir. Avqustun 9-da “Düzgün İxtisas Seçimi” təşəbbüs komandasının təşkilatçılığı ilə “Gələcək uğurların təməli düzgün ixtsas seçimidir” adlı onlayn müzakirə təşkil […]

Tapılan daşlaşmış qədim ağac parçasının gələcəkdə Mingəçevir Tarix Muzeyində sərgilənməsi planlaşdırılır

Mingəçevir su anbarının altında qalan ərazi zəngin fauna və floraya malik Samux vadisi kimi məşhur olub. Zaman-zaman anbarda su çəkilmələri baş verdiyi üçün yaşı qədim olan bir çox nümunələr üzə çıxır. Nəsli kəsilmiş cənub fillərinin, yaxud indiki dövrdə də yaşamaqda davam edən heyvan növlərinin skletlərinin daşlaşmış hissələri ərazinin maraqlı keçmişindən xəbər verir. Bu günlərdə isə […]

Əsas məqsəd insanların sağlamlığıdır

Cari ilin mart ayından bəri ölkəmizdə pandemiya ilə mübarizə  məqsədi ilə ölkə prezidentinin tapşırıqlarına əsasən ardıcıl tədbirlər həyata keçirilir. Paytaxt Bakıda və bölgələrdə  reallaşan izolayasiya tədbirləri, maarifləndirmə və təbliğat işləri artıq müsbət nəticə göstərməkdədir. Yaz aylarında ölkədə tətbiq edilmiş karantin rejimi çox böyük effekt göstərirdi. İşləyənlər istisna olmaqla, yaşı 65-dən yuxarı olan sakinlərin evdən çölə […]

Heydər Əliyev Azərbaycan xalqının sərvətidir

Bərdə Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə Ulu Öndər Heydər Əliyev irsinin təbliğ edilməsi, Heydər Əliyevin zəngin həyat və fəaliyyətini yetişməkdə olan gənc nəsillərə çatırılması məqsədilə respublikanın şəhər və rayonlarında yerləşən Heydər Əliyev Mərkəzlərinin iştirakı ilə “Xoş xatirələr” mövzusunda videokonfrans keçirilib. Videokonfransda Bərdə Regional Mədəniyyət İdarəsinin rəhbərliyi, regional idarənin şəhər və rayon üzrə nümayəndələri, Heydər Əliyev […]

Goranboyda qadın aldığı güllə yarasından ölüb

Goranboyda 37 yaşlı qadın öldürülüb. APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Goran Dəmiryolu stansiyasının yaxınlığında baş verib. 1983-cü il təvəllüdlü Kəlbəcər rayon sakini Gülbuta İmanova sinəsindən aldığı güllə yarasından keçinib. İlkin məlumata görə, hadisə ailənin keçmiş yaxın dostlarından biri tərəfindən törədilib. Faktla bağlı rayon prokurorluğunda cinayət işi açılıb.

Mingəçevir su anbarında daşlaşmış ağac parçası tapılıb

APA-nın Mingəçevir bürosunun məlumatına görə, daşlaşmış ağac parçası anbarda suyun enməsi nəticəsində üzə çıxıb. Balıqçılar tərəfindən aşkarlanan eksponat heykəltəraş Böyükkişi Adilbəyliyə təqdim edilib. Böyükkişi Adilbəyli APA-nın yerli bürosuna bildirib ki, ağacın dəqiq yaşını dəqiqləşdirmək üçün mütəxəssislərə müraciət etmək niyyətindədir.  O qeyd edib ki, əvvəllər də Mingəçevir su anbarından suyun çəkilməsi nəticəsində qədim heyvan qalıqları da tapılıb.