Browsing monthly archive

Avqust 2020

Ermənistanın məkrli niyyəti bəllidir: iğtişaş yaratmaq

Ermənistan işğalçı və separatçı dövlətdir. Heç bir tarixi keçmişi, milli dəyərləri olmayan ölkənin rəhbərləri, tarixçi və alimləri çalışırlar ki, Ermənistanı dünyaya “qüdrətli” və “güclü” bir dövlət kimi tanıtsınlar, daha doğrusu yamasınlar.  Bu dövlətin başbilənlərinin səyi ilə 1991-ci ildə müstəqilliyini elan etdikdən sonra təhlükəsizlik siyasətini Rusiya ilə hərbi-siyasi əməkdaşlıq üzərində qurub. 15 may 1992-ci ildə Rusiyanın […]

“Miraj” kafesinin icarədarına 3100 manat cərimə kəsildi

Mingəçevirdə xüsusi karantin rejimini pozan kafe aşkarlanıb. Şəhərin H.Hüseynov küçəsində yerləşən”Miraj” kafesinin icarədarı epidemiya əleyhinə rejim qaydalarını pozaraq müştəri qəbul edib. Polis tərəfindən aşkarlanan kafenin icarədar Yaşar Mövsümov barəsində toplanan materiallar baxılması üçün Mingəçevir şəhər Məhkəməsinə göndərilib. Ona 3100 manat cərimə kəsilib.

Avropa İttifaqı Azərbaycanda təlim seminarları silsiləsindən birincisini təşkil edib

Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi Aİ tərəfindən maliyyələşdirilən layihələrin benefisiarları olan tərəfdaş qurumların bilik və bacarıqlarının artırılmasına yönəlmiş silsilə təlimlərə start verir. Təlimlər layihələrin idarə edilməsi, Monitorinq & Qiymətləndirmə və digər Aİ prosedurları kimi mövzuları əhatə edəcək.  12 avqust 2020-ci il tarixində “Avropa İttifaqının İnstitutsional Quruculuq Alətləri” mövzusundakı ilk təlim vebinarı təşkil edildi və Azərbaycanın […]

20 Yanvar küçəsindən başlanan yeni abadlaşdırma layihəsi

Avqustun 14-də Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov jurnalistlərlə 20 Yanvar küçəsi boyunca abadlaşdırma aparılan ərazidə görüşüb. Başçı bildirib ki, son illərdə davamlı şəkildə abadlıq-quruculuq işləri görülsə də, elə küçələr var ki, indiyədək diqqətdən kənarda qalıb: “Məqsədimiz həmin ərazilərdə əsaslı yenidənqurma işləri aparmaqdır. İcra Hakimiyyətinin əsaslı-tikinti, təmir və abadlaşdırma şöbəsi və aidiyyatı qurumlar işləri […]

Citizenship Education Week: let’s go!

Events of the Week, with the slogan “The Art of Living Together”, will be held October 5-11, 2020 in parallel in Armenia, Azerbaijan, Belarus, Georgia, Moldova, Russia, Ukraine and other countries. The objectives of the Week are to build a loyal attitude towards Citizenship Education providers through demonstrating the potential and popularizing of the best Citizenship […]

“Bu günkü gənclik, sabahkı uğur”

“Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin təşkilatçılığı, Mingəçevir Dövlət Universiteti, şəhər Gənclər və İdman İdarəsi və Mingəçevir  Turizm Kollecinin tərafdaşlığı ilə Beynəlxalq Gənclər Gününə həsr olunan  “Bu günkü gənclik, sabahkı uğur” adlı forum keçirilib. Forumda Mingəçevir Gənclər Evinin direktoru Tural Kərimov, Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov, şəhər Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli, […]

Mingəçevir Dövlət Universiteti “Əsgərə Məktub!” layihəsinə qoşulub

Mingəçevir Dövlət Universiteti (MDU) “ASAN Könüllüləri” Təşkilatı və ASAN Radionun birgə təşkilatçılığı ilə reallaşdırılan “Əsgərə Məktub!” layihəsinə qoşulub. Belə ki, MDU-nun tələbəsi Zamin Cəfərov universitetin tələbələri və əməkdaşları adından əsgərə məktub ünvanlayıb. Azərbaycan əsgərinə mənəvi dəstək göstərilməsini və tələbə-gənclərin daim onların yanında olduğunu ifadə edən məktub audio formatda səsləndirilib və Asan Radio tərəfindən yayımlanıb. MDU […]

Gənclərimizin hərtərəfli inkişafı bugünkü uğurlarımızın davamı, gələcək nailiyyətlərimizin başlanğıcıdır

Mingəçevir Gənclər Eviinin direktoru Tural Kərimovun Beynəlxalq Gənclər Günü münasibətilə müsahibəsini təqdim edirik. -Tural müəllim, bu gün bütün dünyada Gənclər Günü kimi qeyd edilir. Azərbaycan gəncləri bu gün ölkəmizin inkişafında nə dərəcədə aktiv iştirak edirlər? – İlk növbədə mən bütün gənclərimizi təbrik edir, onlara daha aktiv, yaradıcı və yeniliklərə açıq olmağı arzulayıram. Gənclər hər bir […]

Bakıda on iki inzibati rayonun olmasına ehtiyac varmı?

Bu günlərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, bir qədər əvvəl mart ayında Maliyyə Nazirliyi regional idarəetməyə keçid ediblər. Son on il ərzində Mədəniyyət Nazirliyi, Təhsil Nazirliyi, keçmiş Əmlak məsələləri üzrə Dövlət Komitəsi, Fövqəladə Hallar Nazirliyi, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Ədliyyə  Nazirliyi bu sistemə keçib. Maraqlıdır ki, […]

Vətəndaşların ictimai informasiyalara əli çatırmı?

Son bir il ərzində İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin  (İTY İB) ekspertləri pilot ərazilərin timsalında informasiya açıqlığını araşdırıblar. Araşdırma idarəetmə orqanlarının və ictimai xidmət təşkilatlarının fəaliyyətində şəffaflıq, hesabatlılıq və informasiya açıqlığının təmin edilməsi sahəsində qanunvericiliyin və mövcud praktikanın qiymətləndirilməsi, bu sahədə mövcud problemlər və onların həll yollarına ekspert baxışlaırnın müəyyənləşdirilməsi ilə bağlı olub. İTY İB-nın […]