Browsing daily archive

Avqust 22, 2020

Mingəçevir Dövlət Universitetinin “Crisis Heroes” komandasının növbəti uğuru

Mingəçevir Dövlət Universitetinin (MDU) “Crisis Heroes” komandası cari ilin 3-5 iyul tarixlərində təşkil olunan “Aquahack” ilk virtual yarışmasında uğurla iştirak edib. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, BMT-nin İnkişaf Proqramı və “Hackathon Azerbaijan” komandasının birgə təşkilatçılığı ilə keçirilən “Aquahack” hakatonunun məqsədi mövcud su problemlərinə texnoloji həllər tapmaq və suyun əhəmiyyətinə dair maarifləndirmə işinə töhfə vermək olub. […]

Mingəçevirdə qanunsuz balıq ovuna qarşı reyd keçirildi

Su polisi Mingəçevir su anbarı ərazisində qanunsuz balıq ovu üçün nəzərdə tutulan sintetik torlar aşkar edib. APA TV-nin Mingəçevir bürosunun məlumatına görə, Su Nəqliyyatında Polis İdarəsinin Mingəçevir Xətt Polis Məntəqəsi əməkdaşları Mingəçevir Su Anbarı hövzəsində qanunsuz balıq ovunun qarşısının alınması məqsədilə reyd keçirib. “Xanabad körfəzi”ndə və “Ayı buxtası”nda aparılan reyd zamanı qanunsuz balıq ovu üçün […]