Müəllim başqa planetdən gəlib?
Mənim əkdiyim toxumu yaxşı saxla, zəngin minerallar ver, tez cücərt, tez böyüt, -deyə torpağa əmr etsəm bir işə yarayarmı? Ya da xahiş etsəm, bunların baş verməsi mümkündürmü? Yəqin ki, yox! Bəs doğru olan nədir, nə edə bilərəm? Toxumu əkməmişdən qabaq həmin torpağın əkin üçün yararlı olub-olmadığını, növünü, ehtiyaclarını müəyyən edə bilərəm, torpağı münbitləşdirib sonra əkərəm. […]