Browsing daily archive

Avqust 6, 2020

Goranboyda qadın aldığı güllə yarasından ölüb

Goranboyda 37 yaşlı qadın öldürülüb. APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Goran Dəmiryolu stansiyasının yaxınlığında baş verib. 1983-cü il təvəllüdlü Kəlbəcər rayon sakini Gülbuta İmanova sinəsindən aldığı güllə yarasından keçinib. İlkin məlumata görə, hadisə ailənin keçmiş yaxın dostlarından biri tərəfindən törədilib. Faktla bağlı rayon prokurorluğunda cinayət işi açılıb.