Browsing daily archive

Avqust 5, 2020

Mingəçevir su anbarında daşlaşmış ağac parçası tapılıb

APA-nın Mingəçevir bürosunun məlumatına görə, daşlaşmış ağac parçası anbarda suyun enməsi nəticəsində üzə çıxıb. Balıqçılar tərəfindən aşkarlanan eksponat heykəltəraş Böyükkişi Adilbəyliyə təqdim edilib. Böyükkişi Adilbəyli APA-nın yerli bürosuna bildirib ki, ağacın dəqiq yaşını dəqiqləşdirmək üçün mütəxəssislərə müraciət etmək niyyətindədir.  O qeyd edib ki, əvvəllər də Mingəçevir su anbarından suyun çəkilməsi nəticəsində qədim heyvan qalıqları da tapılıb.

Baba Əliyev 99 yaşında dünyasını dəyişdi

Avqustun 4-də mingəçevirlilərin yaxşı tanıdığı və dərin hörmət bəslədiyi  Əliyev Baba Həsən oğlu haqq dünyasına qovuşub. B.Əliyev 1921-ci ildə Yevlax rayonunun Xanabad  kəndində anadan olub. O, 1941-1945-ci illərdə 223-cü diviziyanın tərkibində Qafqazdan keçmiş Yuqoslaviya ərazisinədək olan cəbhə xəttinin ən qanlı döyüşlərində şərəfli döyüş yolu keçib. Uzun müddət Mingəçevir Veteranlar Şurasının, sonralar Ağsaqqallar Şurasının sədri, Təbiəti […]

Ezamiyyələrin icaze.e-gov.az portalına əlavə olunması imkanı yaradılıb

COVID-19 infeksiyasına yoluxma dinamikası nəzərə alınmaqla 2020-ci il 31 avqust saat 00:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərləri və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonlarında tətbiq olunacaq. Bu müddətdə isə həmin şəhər və rayonlarda giriş-çıxış əvvəlki qaydada tənzimlənəcək. Elektron Hökumətin İnkişaf Mərkəzindən verilən məlumata görə, Nazirlər Kabinetinin müvafiq Qərarı […]