Browsing monthly archive

Avqust 2020

Mingəçevir nəyin bahasına sərt karantin rejimindən çıxdı?

Son günlərə qədər sərt karantin rejimi tətbiq edilən şəhərlər arasında Mingəçevir də var idi. Yoluxma halları artıdığından Nazirlər Kabineti yanında Opertiv Qərərgahın qərarına uyğun olaraq “nur şəhəri” də narıncı zonaya daxil edilmişdi. Amma görülən tədbirlər öz bəhrəsini verdi. Avqustun 31-dən Mingəçevirdə sərt karantin rejimi ləğv edilib. Şəhərin girş-çıxışına qoyulan polis postları da götürülüb. Sakinlər qaydalara […]

“İstedad Əngəl Tanımır” mövzusunda onlayn görüş təşkil edilib

Mingəçevir Gənclər Evindən olan gənclərin “Hər kəsə eyni baxaq“ adlı təşəbbüsü uğurla davam etdirilir. Məqsəd Mingəçevirdən olan fiziki məhdudiyyətli insanların cəmiyyətə inteqrasiyasına töhfə verməyə, onların istedadlarını ictimaiyyətə təqdim etməyə yönəlib. Dünən, avqustun 30-da təşəbbüs komandasının təşkilatçılığı ilə tanınmış gənc publisist Orxan Adıgözəllə “İstedad Əngəl  Tanımır” mövzusunda onlayn görüş təşkil edilib. Müzakirənin moderatorları Mingəçevir Dövlət Universitetinin tələbələri […]

Mingəçevir Dövlət Universitetində növbəti dəfə tibbi-profilaktik və dezinfeksiya işləri aparılıb

2020-ci ilin 29 avqust tarixində Mingəçevir Dövlət Universitetində (MDU) növbəti dəfə tibbi-profilaktik və dezinfeksiya işləri aparılıb. Mingəçevir şəhər Dezinfeksiya Stansiyasının əməkdaşları tərəfindən həyata keçirilən dezinfiksiya işləri auditoriya və laboratoriyaları, inzibati otaqları, dəhlizləri, həyətyanı əraziləri, idman zalını, kitabxananı və sanitar qovşaqları əhatə edib. Qeyd edək ki, MDU-da mütəmadi olaraq keçirilən dezinfeksiya tədbirləri Azərbaycan Respublikasının Nazirlər Kabinetinin […]

“VAZ 2107” və “VAZ 2109” markalı minik maşınları toqquşdu

Mingəçevirdə yol qəzası baş verib. APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə dünın axşam saatlarında Heydər Əliyev prospektində qeydə alınıb. “VAZ 2107” və “VAZ 2109” markalı minik maşınlarının toqquşması nəticəsində iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. “VAZ 2109”-un sürücüsü 1992-ci il təvəllüdlü şəhər sakini Nağıbəyli Cəlil Namiq oğlu və avtomobildə olan sərnişin – 1990-cı il təvəllüdlü Sabirabad […]

Mingəçevirdə və daha 9 bölgədə xüsusi karantin rejimi avqustun 31-dən ləğv olunur

Repetitor xidmətlərinin fəaliyyətinə icazə verildi Azərbaycan Respublikasının Nazirlər kabinetinin yanında Operativ Qərargahın qərarına əsasən ölkə üzrə Xüsusi karantin rejiminin tətbiqi qaydalarında bəzi dəyişikliklər edilib. Nazirlər Kabinetinin 29 avquat 2020-ci il tarixli 310 №li Qərarına əsasən ölkə üzrə xüsusi karantin rejiminin müddəti 2020-ci il sentyabrın 30-dək uzadılıb. Hökumətin 311 №-li Qərarı ilə sərtləşdirilmiş xüsusi karantin rejiminin […]

Mingəçevirdə iri və yaşlı qovaq ağacı dəmir işıqlanma dirəyinə çırpılaraq onu də yerə yıxıb

Mingəçevirdə iri qovaq ağacı yola aşıb.  APA-TV-nin Mingəçevir bürosunun məlumatına görə, hadisə Mingəçevirin girişində baş verib. Gözlənilmədən yola aşan iri və yaşlı qovaq ağacı dəmir işıqlanma dirəyinə çırpılaraq onu də yerə yıxıb. Baş verən hadisə şəhərin əsas və ona bitişik giriş küçəsində nəqliyyatın hərəkətində məhdudiyyət yaradıb. Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb. Hadisə yerinə aidiyyəti […]

Son iki ayda qoxu hissini itirən gənc xanım çarə yolunu xarici mediada axtarır

Görəsən dad və iybilmə olmadan yaşaya bilərikmi? Təbii ki, Allahın bizə verdiyi qabiliyyətləri heç birimiz itirmək istəməzdik. Kişilərlə müqayisədə dada və qoxuya daha həssas olan qadınları isə bu əvəzsiz keyfiyyətlərdən uzaq təsəvvür etmək ağlımıza da gəlmir.     Çox təəssüf ki, həyatımızı dəyişən COVİD-19 insanların iy və dad bilmə hislərini də uzun müddətə zədələyirmiş. Baxmayaraq ki, […]

Mingəçevir Dövlət Universitetinin gənc əməkdaşı Miçiqan Universitetinin və IBM şirkətinin sertifikatlarını qazanıb

Mingəçevir Dövlət Universitetində (MDU) gənc əməkdaşların bilik və bacarıqlarının inkişaf etdirilməsinə xüsusi diqqət yetirilir. Qlobal pandemiya dövründə dünyanın qabaqcıl universitetləri və iri şirkətləri tərəfindən tərəfindən bir çox virtual təlimlərin ödənişsiz əsaslarla təqdim olunması bu istiqamətdə yeni imkanlar yaradıb. MDU-nun gənc əməkdaşı Elçin Tağıyev ABŞ-ın nüfuzlu ali təhsil müəssisələrindən biri olan Miçiqan Universitetinin (University of Michigan) […]

Mingəçevir Dövlət Universiteti qlobal pandemiya ilə mübarizəyə dair maarifləndirmə tədbirlərində fəal iştirak edir

COVID-19 infeksiyası ilə mübarizə istiqamətində Azərbaycan dövlətinin həyata keçirdiyi məqsədyönlü və sistemli tədbirlərə töhfə verilməsində Mingəçevir Dövlət Universiteti (MDU) də yaxından iştirak edir. Belə ki, MDU-nun bir qrup əməkdaşı Mingəçevir şəhər İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyasının Mingəçevir şəhər təşkilatı və Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən birgə həyata keçirilən kütləvi maarifləndirmə işində fəallıq göstərir. Bu fəaliyyətə […]

“Özün Yarat” platforması yüzlərlə insanı yaradıcı və maraqlı həll yolları ilə təkrar istifadənin təşviqi üçün bir araya gətirib

Bu həftəsonu Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramı “Özün Yarat” yarışmasının qaliblərini elan edib. Birinci yerin qalibi (3000 AZN) plastik çirklənmə probleminə dayanıqlı həll yolunu hədəfləyən “Plastik çantalar” layihəsi ilə Leyla Məmmədova, ikinci yerin qalibi (2000 AZN) lazımsız metal hissələrdən daşına bilən manqal hazırlayan Səid Əliyev, üçüncü yerin qalibi isə […]