Browsing monthly archive

İyul 2020

Mingəçevirdə gənc oğlan çimərlikdə üzündən xəsarət alıb

Mingəçevir su anbarında çimən gənc suya atılarkən xəsarət alıb. APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Mingəçevir Su Anbarı ərazisindəki çimərlikdə baş verib. 2001-ci il təvəllüdlü Daşkəsən rayon sakini Tağıyev Şamil Şakir oğlu çimərkən sifət nahiyəsindən xəsarət alıb. Məlumata görə, suya atılarkən onun sifəti suyun dibindəki qaya parçasına çırpılıb. Yaralı xəstəxanaya apaılıb.

“İcazələrin Alınması və Monitorinqi Sistemi”ndə yeniliklər

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 iyul 2020-cil tarixli 236 nömrəli Qərarına əsasən COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə Mingəçevir, Goranboy və Göygöl şəhərləri, Bərdə, Samux, Siyəzən, Şəki və Xaçmaz rayonları daxil olmaqla, Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərində və Abşeron rayonunda xüsusi karantin rejimi 2020-ci […]

İyulun 5-dən Mingəçevirdə də xüsusi karantin rejimi tətbiq olunacaq

Virusa yoluxma dinamikasının azaldıması istiqamətindəki tədbirlər çərçivəsində bütün ölkə ərazisində ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda 5 nəfərdən artıq qruplarda cəmləşmək qadağan edilir. Bununla bağlı Nazirlər Kabineti iyulun 3-də qərar verib. Eyni zamanda  COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, […]

“Məcburi köçkün statusuna dair arayışın verilməsi” xidməti elektronlaşdırılıb

Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, ölkəmizdə dövlət xidmətlərinin elektronlaşdırılması, dövlət informasiya ehtiyatlarının inteqrasiyası üzrə ardıcıl və məqsədyönlü iş aparılır. Nəticədə məmur-vətəndaş təması aradan qaldırılır, şəffaflıq mühiti yaradılır. Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi ölkə rəhbərinin tələblərini yerinə yetirərək, vətəndaşların müraciətlərinə həssaslıq göstərir, müasir texnoloji yeniliklərdən istifadə etməklə bu sahədə işin daha da […]

Xəstəlik yaradan şirin sular

Qızmar yayda ən çox tələbat duyulan məhsul sudur. Yay günəşi yandıranda əhali susuzluqdan yanan ciyərini sərin su və sərinləşdirici içkilərlə söndürməyə çalışır. Çeşid-çeşid suları fərqinə varmadan içənlərin əksəriyyəti isə bu suların hansı fəsadlara yol açmasından bəlkə də xəbərsizdir… Dünyada pandemiyanın tüğyan etdiyi bir vaxtda  ölkədə su istehlakçılarının aldadılması prosesi baş alıb gedir. Küçələrdə satılan rəngli […]

QAC 120 ailəni sevindirdi

Mingəçevir Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və  Qızıl Aypara Cəmiyyətinin xətti ilə şəhərdə 120 imkansız ailəyə – ailə vəziyyəti ağır olan, nənə-baba himayəsində yaşayan uşaqlara,  xəstələrə və digər kateqoriyadan olan şəxslərə  gigiyenik bağlama çatdırılıb. Eyni zamanda küçə və marketlərdə insanlara, xüsusən valideynlərə COVİD-19-a yoluxmamaq üçün məsləhətlər verilib və bukletlər paylanılıb.

Mingəçevir Dövlət Universiteti Litvanın Mikolas Romeris Universitetilə əməkdaşlıq edəcək

2020-ci ilin 30 iyun tarixində Mingəçevir Dövlət Universiteti (MDU) ilə Litvanın Mikolas Romeris Universiteti (MRU) arasında əməkdaşlığın yaradılmasına dair görüş keçirilib. “Microsoft Teams” platforması üzərindən online formatda keçirilən görüşdə MDU-nun rektoru Şahin Bayramov və MRU-nun rektoru İnga Zaleniene iştirak ediblər. Görüşü açan MDU-nun rektoru iki ölkə arasında hərtərəfli əməkdaşlığın inkişafı sahəsində əldə olunmuş uğurlardan və […]

Mingəçevir Dövlət Universitetində “Məzun günü – 2020” tədbiri keçirilib

29 iyun tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “Məzun günü – 2020” tədbiri keçirilib. “Zoom” platforması üzərindən online formatda keçirilən tədbirdə cari tədris ilində MDU-dan məzun olan tələbələr və magistrantlar, eləcə də valideynlər və universitetin əməkdaşları iştirak ediblər. “Məzun günü – 2020” tədbirində çıxış edən MDU-nun rektoru Şahin Bayramov 2019/2020-ci tədris ilində bakalavriat və magistratura səviyyələri […]