Browsing monthly archive

İyul 2020

İlham İsmayılov: “Mən prezidentin diqqətinə onu da çatdırdım ki, Mingəçevirin əsas problemi işsizlikdir”

Mingəçevirin park və xiyabanlarında yenidənqurma işləri davam etdirilir. Qurucular parkı isə tamailə yenidən qurulacaq. Bu barədə Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov iyulun 7-də mövcud ərazidə jurnalistlər və yerli sakinlərlə görüşərkən məlumat verib. Bildirib ki, parkın görkəmi şəhərin və insanların zövqünə uyğun deyil: “Memarlıq şöbəsi tapşırığıma əsasən ərazinin bərpa  layihəsini hazırlayıb. Layihə parkıda, uyğun yerdə […]

QHT nümayəndələri polis işçiləri ilə birgə həyətlərə gəldilər

Mingəçevirdə koronavirus pandemiyasının yayılmasının qarşısının alınması, sərtləşdirilmiş xüsusi karantin rejimi qaydalarının təmin olunması və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə riayət edilməsi istiqamətində maarifləndirmə işləri davam etdirilir. Regional QHT-lərin Resurs və Təlim Mərkəzinin direktoru, ictimai monitorinq qərargahının rəhbəri Füzuli Əsədov  və şəhər polis şöbəsinin əməkdaşları həmin məqsədlə iyulun 6-da Energetiklər qəsəbəsində olublar. Onlar […]

Gənclərə stresin idarə olunması barədə danışılacaq

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, UNICEF Azərbaycan və Mingəçevir Gənclər Evinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Əsas Həyat Bacarıqları” təlim kursunun X mərhələsinə start verilib. Bu mərhələnin ilk təlimində təlimçi Seymur Səfəralıyev gənclərə “Əsas Həyat Bacarıqları” təlim kursu ilə bağlı məlumat verib. Daha sonra “Stresin idarə olunması” mövzusu ilə tanış olan gənclər:⠀ stres yaradan […]

Xalq nəyi sevir?

Mədəniyyətin gücü Deyilənə görə hind xalqı yeməksiz, susuz yaşaya bilər, amma kinosuz əsla, hətta son rupilərini belə, yeməyə yox, kinoya xərcləyirlər. Hind xalqının belə bir xüsusiyyəti olduğunu mən də bilirəm, lakin bu an üçün bilmədiyim odur ki, mənim xalqım nəyi sevir, nəyə görə susuz, çörəksiz qalar və hətta son pulunu da xərcləyər? Hələ də fikirləşirəm […]

Qanunsuz fəaliyyət göstərən trenajor zalı aşkar olundu – YEVLAXDA

Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı rayon ərazisində qanunsuz şəkildə fəaliyyət göstərən trenajor zalı aşkar olunub. DİN Mətbuat Xidmətinin Bərdə Regional qrupundan APA TV-yə verilən məlumata görə, Yevlax RPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayon ərazisində yerləşən trenajor zalının xüsusi karantin rejiminin qaydalarına zidd olaraq fəaliyyət göstərdiyi müəyyən olunub. Məkana baxış zamanı […]

icaze.e-gov.az portalında bir sıra icazələr ləğv edilib

Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Qərara əsasən fəaliyyətinə icazə verilmiş sahələrdəki işçilərin 50 faizinin işə çıxmasına icazə verilir. Öncədən bir neçə dəfə xəbərdarlıq edildiyi kimi icaze.e-gov.az sistemi vasitəsi ilə müvafiq Qərara uyğun olmayan icazələrin bir hissəsinin […]

Naftalanda ər bıçaqla arvadını öldürüb, qızını ağır yaralayıb

Naftalanda ər bıçaqla arvadını öldürüb, qızını isə ağır yaralayıb. APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə axşam Naftalan şəhərində baş verib. Ailə münaqişəsi zəminində ər 1979-cu il təvəllüdlü həyat yoldaşı Elmira Elm qızı Verdiyevanı və 2002-ci il təvəllüdlü qızı Həsənova Aysunu bıçaqlayıb. Hər iki yaralı xəstəxanaya aparılsa da, Elmira Verdiyeva aldığı xəsarətdən ölüb. A.Həsənova reanimasiyaya yerləşdirilib. Faktla bağlı […]

8 yaşlı Bakı sakininin Mingəçevirdə attraksionda oynayarkən qolu sınıb

Bakı sakini, 2013-cü il təvəllüdlü Alızadə Orçin Xəyyam oğlu Mingəçevirdə attraksionda yelləncəkdən yıxılaraq xəsarət alıb. APA-nın yerli bürosunun məlumatına görə, hadisə Kür çayı sahilindəki Sahil parkında baş verib. Hadisə nəticəsində 8 yaşlı O.Alızadənin qolu sınıb. O, xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

8103 SMS icazə sisteminin fəaliyyəti 16 inzibati ərazidə davam edəcək

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzi və Daxili İşlər Nazirliyinin birgə ərsəyə gətirdiyi 8103 SMS icazə sistemi 2020-ci il 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək Mingəçevir, Goranboy və Göygöl şəhərləri, Bərdə, Samux, Siyəzən, Şəki və Xaçmaz rayonları daxil olmaqla, Bakı, Sumqayıt, […]

Polis əməkdaşları ticarət və ictimai-iaşə obyektlərində

Nazirlər Kabineti yanında Operativ Qərargahın geniş tərkibli respublika videomüşavirəsində verilmiş tapşırıqların icrası ilə əlaqədar Mingəçevirdə təxirəsalınmaz tədbirlər görülür. Bununla bağlı şəhər polis idarəsinin əməkdaşları  iyulun 4-də fəaliyyətinə icazə verilmiş ticarət və ictimai-iaşə obyektlərində olublar. Onlar işçi heyəti ilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadənin, sosial məsafənin gözlənilməsinin,  sanitar-gigiyenik […]