Mingəçevirdə mənzildə kişi meyiti aşkarlanıb
APA-nın Mingəçevir bürosunun məlumatına görə, . Naxçıvan küçəsi ev 40a, mənzil 42-də 1939-cu il təvəllüdlü Eyvazov Əmir İbiş oğlunun meyiti aşkar edilib. Faktla bağlı araşdırmalara başlanılıb.
Browsing monthly archive
APA-nın Mingəçevir bürosunun məlumatına görə, . Naxçıvan küçəsi ev 40a, mənzil 42-də 1939-cu il təvəllüdlü Eyvazov Əmir İbiş oğlunun meyiti aşkar edilib. Faktla bağlı araşdırmalara başlanılıb.
Koronavirusla əlaqədra insanların bir araya toplaşması yoluxma riskini artırdığından yas məclislərinin keçirilməsi tövsiyə olunmadığından Mingəçevirdə yaşayan Zamanovlar ailəsi yeni bir ənənənin əsasını qoyub. Ürək çatışmazlığından vəfat etmiş həkim Aybəniz Zamanovanın həyat yoldaşı və övladları onun yas məclisini xeyirxah bir qaydada qeyd ediblər. Onlar şəhərdə sərtləşmiş karantin rejiminə görə müvəqqəti olaraq işini itirmiş 100-ə yaxın aztəminatlı […]
Dünən axşam saatlarında Mingəçevirdə “Ramiz” özəl Tibb Mərkəzində yanğın baş verib. APA-nın yerli bürosunun məlumatına görə, yanğına . Hadidə yerinə iki yanğınsöndürmə briqadası cəlb olunub. Görülən tədbirlər nəticəsində baş verə biləcək yanğının qarşısı alınıb. Hadisə nəticəsində zərərçəkən olmayıb.
2020-ci ilin 10 iyul tarixində Mingəçevir Dövlət Universiteti (MDU) Elmi Şurasının cari tədris ilində sonuncu iclası keçirilib. “Microsoft Teams” platforması üzərindən online formatda keçirilən iclası açan MDU-nun rektoru Şahin Bayramov gündəlikdə duran məsələləri diqqətə çatdırıb. Rektor COVID-19 infeksiyası ilə mübarizə sahəsində riayət edilməsi vacib olan tələb və tövsiyələri bir daha xatırladıb, universitet əməkdaşlarını bu istiqamətdə […]
“Mingəçevirli aprel şəhidlərinin ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması haqqında verdiyi göstərişə görə Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edirik”. Bu sözləri APA TV-nin yerli bürosuna açıqlamasında 2016-cı ilin aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş gizir Teymur Qasımovun anası Gülnarə Qasımova deyib. Onun sözlərinə görə, hazırda yaşadıqları ikiotaqlı mənzil 1948-ci ildə tikilib. Gülnarə Qasımova bildirib ki, üç övladından ikisinin aprel […]
2020-ci ilin iyun-iyul aylarında, 5 rayonu əhatə edən Aqrar Məsləhət Xidmətlərinin (AMX) Gücləndirilməsinə dair sorğuların keçirilməsi planlaşdırılır. İyun ayında Samux, Kürdəmir və İsmayıllı rayonlarında könüllülər və tədqiqatçıların iştirakı ilə qiymətləndirmə sorğusu həyata keçirilib. Sorğulara əsasən Azərbaycanda kənd təsərrüfatına dair məsləhət xidmətlərinin təkmilləşdirilməsi üçün güclü məlumatlandırma mexanizmin qurulmasına ehtiyac var. Sorğunun ilkin nəticələri dövlət və özəl […]
Market işçisi virus daşıyıcısı olarsa… Əksəriyyət infeksiyaya yoluxmaqdan ehtiyat etdiyi üçün gigiyenik qaydaları ciddi yerinə yetirməyə çalışır. Amma kim zamin ola bilər ki, ərzaq satan adamlar bizim həyatımızı təhlükəyə atmırlar? Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının marketinq və ictimaiyyətlə ələqələr şöbəsinin əməkdaşı İlahə İsmayılovanın qənaətinə görə, bu gün ən ciddi problem marketlərdə maska və digər qoruyucu vasitələrdən […]
On beş ildən artıqdır ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz həyatın hər sahəsində uğurlara imza atır. İqtisadi cəhətdən güclənən, dünyanın bir çox dövlətləri ilə sıx əməkdaşlıq edən ölkəmizdə vətəndaşların sosial rifah halı hər zaman diqqət mərkəzindədir. Bu ilin əvvəllərindən dünyanın onlarla dövlətində yayılan, təəssüf ki, sonradan Azərbaycanda da yayılan koronavirus pandemiyası […]
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzinin təşkilatçılığı və “PAŞA Holding”in sponsorluğu ilə reallaşdırılan “Rəqəmsal Jurnalistikaya doğru” proqramı uğurla başa çatıb. Proqramın onlayn formatda həyata keçirilən bağlanış mərasimində proqram iştirakçıları və təlimçilər iştirak ediblər. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə […]
Koronavirus infeksiyasının yayılması hallarının qarşısının alınması məqsədilə ölkə ərazisində sosial izolyasiya tədbirləri, məhdudiyyətlər gücləndirilməkdədir. Xüsusi karantin rejimi çərçivəsində Mingəçevirdə də bir sıra məhdudiyyətlər həyata keçirilir. Dünən axşam saatlarında Mingəçevir Şəhər Polisi iri marketlərdə və apteklərdə reyd keçirib. Karantin qaydalarının pozulmaması ilə bağlı vətəndaşlara tövsiyələr və Nazirlər Kabinetinin müvafiq qərarı barədə məlumatlar verilib. Vətəndaşlara məsləhət görülüb ki, […]